Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionatının qalibi olub
Bakı, 5 noyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycan boksçusu Alfonso Dominqes qızıl medal qazanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.
“Tokio-2020”nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Bundan əvvəl təmsilçilərimiz Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]