Azərbaycan cüdoçuları Düsseldorf Qran-prisində çıxış edəcəklər
Bakı, 17 fevral, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək Qran-pri yarışına qatılacaq.
AZƏRTAC xəbər verir ki, turnir fevralın 19-dan 21-dək davam edəcək. Qran-pridə ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və Aişə Qurbanlı (48 kq) təmsil edəcəklər.
Qeyd edək ki, Düsseldorf Qran-prisi yığmamizın cari mövsümdə bu ad altında iştirak edəcəyi ikinci yarış olacaq.
Olimpiya təsnifatı ərəfəsində keçiriləcək sözügedən reytinq turnirində 91 ölkədən 626 cüdoçu mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]