AZƏRBAYCAN DAMAÇILARI DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDİRLƏR
Bakı, 4 mart (AZƏRTAC). Almaniyada keçirilən 100 xanalı dama üzrə dünya çempionatının seçmə mərhələsində 4-cü turun oyunları keçirilmişdir. Yarışda Azərbaycan damaçıları Eldar Əliyevlə İlqar İbrahimov bu turda rəqibləri ilə heç-heçə etmişlər. Eldar Əliyev fransalı Patrik Martinlə, İlqar İbrahimov isə rusiyalı Muradulla Amrillayevlə xalları yarı bölüşdürmüşlər. 4 turdan sonra İlqar İbrahimov 5 xalla 6-cı, Eldar Əliyev isə 3 xalla 16-cı pillədə qərarlaşmışdır.
Seçmə mərhələdə ilk 6 yeri tutmuş damaçılar oktyabrda Braziliyanın Resifi şəhərində keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]