Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir

Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir

Bakı, 7 iyul, AZƏRTAC

Müasir dövrdə insanların dini inanclarına hörmətlə yanaşmaq, müxtəlif dinlərdən olan insanları dini mənsubiyyətlərinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən biridir. Ümumilikdə, əsas insan hüquq və azadlıqlarından sayılan etiqad azadlığı bəşəriyyətin demokratik inkişafının mühüm nailiyyətlərindən biri hesab olunur, həmçinin onların təmin olunması demokratik cəmiyyətlərin və dövlətlərin ümumi inkişafının təməl prinsiplərindən sayılır.

Dünyada din mənəvi istinad nöqtəsi olmaqla yanaşı, mədəniyyətlərarası münasibətlər, qloballaşma və təhlükəsizlik baxımından da strateji əhəmiyyətə malikdir. Xüsusilə XX əsrin sonlarından etibarən beynəlxalq aləmdə din güclü ideoloji təsirə malik olan amilə çevrildi. Bir çox ölkələrdə ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi, sabitliyin pozulması, siyasi proseslərin məcralara yönləndirilməsi məqsədilə dindən ideoloji vasitə kimi istifadə edilməsi tendensiyası formalaşdı. Dini cəhətdən həssas kütlələrin istismarı, eləcə də onlara radikal və ekstremist fikirlərin təlqini nəticəsində dünya birliyi dini təhlükəsizlik fenomeni ilə üz-üzə qaldı. Hazırda əksər ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına birbaşa təsir edən dini təhlükəsizlik məsələsi günümüzün ən aktual problemlərindən biridir.

Qloballaşma prosesi bir çox baxımdan dinlərin yayılaraq, daha çox insana təsir etmək və sosial münasibətlər yaratmaq məqsədləri üçün geniş imkanlar yaradır. Qloballaşmanı sürətləndirən digər amil olan kütləvi kommunikasiya texnologiyalarının inkişafı müxtəlif toplumlarda dini canlanmanın hərəkətverici qüvvəsinə çevrilir. Belə ki, dünya dinləri və ya müxtəlif dini cərəyanlar kütləvi kommunikasiya texnologiyalarının imkanlarından - televiziya-radio yayınlarından, rəqəmsal və sosial media vasitələrindən geniş istifadə edərək, bütün dünyaya yayılmağa, qloballaşmağa can atırlar. Hazırda qloballaşmanın həyati gerçəkliyə çevrildiyi, inteqrasiyanın geniş vüsət aldığı, eyni zamanda, böyük miqyasda miqrasiyanın baş verdiyi dövrdə yaşayırıq. Nə qədər qəribə də olsa, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi, sanki onlar arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır.

Mübaliğəsiz demək olar ki, Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir. Həqiqət bundan ibarətdir və bu, vacib reallıqdır. Din mənəviyyatın bel sütunudur, milli ideologiyanın tərkib hissəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modeli cəmiyyətin sağlam inkişafı, milli-mənəvi dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından əvəzolunmaz xarakter daşıyır. İstər qanunvericilik müstəvisində təsbit edilən din və vicdan azadlığı, istərsə də dövlətin siyasi xəttində din və dindarlara olan qayğıkeş münasibət ölkəmizin dinamik inkişafına, milli birlik və həmrəyliyə böyük töhfə verməkdədir. Təsadüfi deyil ki, ölkəmiz dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, tolerantlıq və multikulturalizm mövzusunda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən bu istiqamətlərdə həyata keçirilmiş bir çox ölkədaxili və ölkəxarici tədbirlər yüksək qiymətə layiqdir.

Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı ehtiram şəraitində fəaliyyət göstərirlər. Azərbaycan güclü dövlətdir, özünün təhlükəsizliyini, dövləti mənafeyini və milli maraqlarını ən yüksək səviyyədə qorumaq iqtidarındadır. Eyni zamanda, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması məsələsini də diqqətdən kənarda saxlamaq olmaz. Media xüsusilə müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri statusunu qazanıb. Hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz media tərəfindən və ya onun vasitəsilə təqdim edilir, interpretasiya olunur. Bütün bu məqamlar mətbuatın gücünü, təsir vasitələrini dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.

Dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması mühüm önəm kəsb edən məqamlardandır. Bunun vaciblik dərəcəsini Yaxın Şərq ölkələrində davam edən faciəvi proseslər aydın şəkildə göstərdi. Dinin siyasiləşdirilməsi dövlətlərin siyasi dayanıqlılığına da dəlalət etmək gücündə olan amildir. Bu sahədə mətbuatın üzərinə böyük vəzifə, məsuliyyətli iş düşür. Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadəyə, dini siyasiləşdirməyə cəhd kimi fəsadlı yanaşmalardan uzaq olmalı, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə reallıqlarını nəzərə almalı, dinlə bağlı mövzulara xüsusilə diqqətli və həssas yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, radikal, ekstremist fikirlərin yayılması, son nəticədə, xalqların milli varlıq və dövlətçilik ənənələrinin məhvinə qədər aparıb çıxara bilər.

Ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də əsaslı dəyişikliklərin baş verməsinə, yeni imkanların yaranmasına səbəb olub. KİV-in ənənəvi formaları olan radio, televiziya və çap jurnalistikası yeni keyfiyyət mərhələsinə qədəm qoyub, eyni zamanda, virtual mühitə xas olan media vasitələri meydana gəlib. Jurnalistika da yeni texnologiya və vasitələrlə zənginləşib, yeni anlayışlar meydana çıxıb. Bu anlayışlardan biri də “sosial media”dır. Sosial media - insanlar arasında virtual internet alətləri vasitəsilə ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Din və dinlə bağlı istənilən informasiya insanların həssaslıqla yanaşdıqları və bir çox hallarda fanatikcəsinə qarşılıq verdikləri məqamlardan biridir. Son dövrlər internetin fəaliyyəti müxtəlif sosial şəbəkə platformaları ilə daha da əlçatan, praktik və effektli olub. Artıq bu platformalarda dinlə bağlı informasiyalar ənənəvi KİV-dən fərqli olaraq geniş auditoriyaya daha sürətli yayılır.

Son illər ölkəmizdə də mobil telefon və internet istifadəçilərinin sayının ən yüksək həddə çatdığını desək, yəqin ki, yanılmarıq. Bu gün Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir və sosial şəbəkə istifadəçilərinin də sayı 3 milyonu keçib. İlk baxışda günü-gündən inkişaf edən, dünyaya inteqrasiya yolunu tutan dünyəvi dövlət olan Azərbaycan üçün bu, normal göstərici hesab oluna bilər. Bu göstəriciləri ölkəmizdə internet azadlığının təmin edilməsi kimi də qiymətləndirmək mümkündür. Lakin sosial medianın müasir dövrdə zərərli dini cərəyan və ideologiyaların təbliğində önəmli vasitəyə çevrilməsi danılmaz faktdır. Yaddan çıxarmaq olmaz ki, internetin və sosial şəbəkələrin verdiyi imkan və azadlıqlardan sui-istifadə halları da günbəgün artır və bizə qarşı heç də dost kimi davranmayan bir sıra qüvvələr də, həmin şəbəkələrin verdiyi imkanlardan yararlanaraq ölkəmizə qarşı fəaliyyətlərini genişləndirməyə cəhd edirlər. Dini radikallar və ekstremistlər texnologiyanın son nailiyyətlərindən, xüsusən də elektron mediadan və sosial şəbəkələrdən öz çirkin əməlləri üçün geniş istifadə edirlər. Zərərli ideologiyaların media və sosial şəbəkələrə sürətlə sirayət edir. Nizamlı şəkildə tərtib olunan ideologiya geniş auditoriyaya, xüsusilə internet və sosial şəbəkələrin ən fəal istifadəçi təbəqəsi olan yeniyetmələrə, gənclərə kifayət qədər ciddi təsir göstərir. Faktlar sübut edir ki, radikal dini hərəkatların, onlara simpatiya bəsləyən əhalinin müəyyən qrup və təbəqələri öz fəaliyyətlərini bu və ya digər dərəcədə ideoloji fikir ayrılığı ilə əsaslandırmağa çalışırlar. Belə ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərər yetirmək potensialı var və bu, gözümüzün önündə baş verir. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, islamofob, İslamı tənqid etmək mövqeyindən çıxış edən qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə, daha doğrusu, sui-istifadə edirlər. Sosial şəbəkələr ölkələrdə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat məkanıdır. Bu da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Bu sahədə xeyli uğurlu addımlar atılsa da, təəssüf ki, hələ də qarşısı tam olaraq alınmayıb. Radikalizmlə, ekstremizmlə mübarizə mexanizmi mütəmadi olaraq təkmilləşdirilməli, cəmiyyətə sosial media vasitəsilə İslam dininin dəyərlərini çatdırmaq üçün aktivlik göstərilməlidir. Bu baxımdan din xadimləri sosial şəbəkələrdə fəal olmalıdırlar.

Cəmiyyət ictimai və dini təşkilatların, KİV-in yardımı ilə yayılan ekstremist ideyalara qarşı humanist ideyaları və tolerantlıq prinsiplərini, vətəndaş sülhünü və barışı təbliğ etməlidir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideoloji əsaslarla yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yeri var. İstər yazılı, istər elektron, istər sosial media dinin cəmiyyətə düzgün təqdim olunması işində mütəşəkkil və mütəhərrik şəkildə fəaliyyət göstərməli, özünün təşviqedici, maarifləndirici missiyasını daha operativ, daha səmərəli formada həyata keçirməlidir.

Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb, onların müdafiəsində dayanıb. Mətbuatımızın bünövrəsi sayılan “Əkinçi” qəzeti də milli dəyərlərə söykənib, özündən sonrakı nəşrlərə gözəl örnək olub. Unudulmamalıdır ki, böyük mütəfəkkir Həsən bəy Zərdabi ilk milli qəzetimizi yaradarkən məhz maarifçilik xəttini önə çəkmişdi. Milli mətbuatımız bu baxımdan möhkəm dayaqlar üzərində təşəkkül tapıb. Azərbaycanın keçdiyi yola nəzər salanda ötən illər ərzində yaşanan təbəddülatlar fonunda milli mətbuatımızın özündə güc tapıb inkişaf etməsi təqdirəlayiq haldır. İnsanların maariflənməyə həmişə ehtiyacı var, xüsusən qloballaşma dövründə milli mətbuatın ən ümdə vəzifələrindən biri xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərini düzgün şəkildə təbliğ və təşviq etməkdir. Məlum olduğu kimi, sovet dövründə ateizm rejimi şəraitində panislamizmlə mübarizə gündəmdə olub. Bizim jurnalistlərimiz isə hər zaman İslam dinini yox, onun ətrafında formalaşdırılmış mövhumatı, xurafatı tənqid ediblər. Təqdir olunası haldır ki, hazırda ölkəmizdə İslam dini ilə media arasında konstruktiv qarşılıqlı münasibətlər sistemi formalaşıb.

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub