Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dünyaya mütləq Qələbənin nümunəsini təqdim etdi ŞƏRH

Azərbaycan dünyaya mütləq Qələbənin nümunəsini təqdim etdi  ŞƏRH

Bakı, 9 aprel, AZƏRTAC

Sabitliyin, təhlükəsizliyin qorunması Azərbaycanın həyata keçirdiyi siyasətin əsas tərkib hissələridir. Daim sülhün tərəfdarı olan ölkəmizin ədalətin və beynəlxalq hüququn təmin edilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə dünyanın diqqətindədir. Azərbaycan dövlətinin göstərdiyi səylər, qətiyyət özündə mühüm çağırışları ehtiva edir. Torpaqları işğal edilən, bir milyondan çox əhalisi qaçqın və köçkün vəziyyətinə düşən Azərbaycan olduğu halda dünyanın əksər gücləri Ermənistana maddi və mənəvi dəstək göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin işğalçının adını çağırmadan sülh danışıqlarının uğurlu nəticələr verəcəyi ilə bağlı qeyri-real düşüncələri sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Minsk qrupu 30 illik işğal dövründə fəaliyyətini yalnız regiona nəticəsiz səfərlər etməkdə, danışıq xatirinə danışıqların təşkilində gördü. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, bizim danışıq xatirinə danışıq aparmaq fikrimiz yoxdur. Azərbaycanın əsas çağırışlarından biri bu idi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçəcəyimiz şəksizdir. Azərbaycan düşmənlə mübarizədə informasiya cəbhəsi ilə yanaşı, döyüş meydanında da qələbə qazanacağına tam əmin idi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışını edən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı iqtisadi uğurlar bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının, döyüş ruhunun artırılması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter aldı. Bu gün əminliklə qeyd edirik ki, Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir. Bu reallıq Azərbaycanın keçdiyi yolun təqdimatıdır.

Deputatın fikrincə, son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsini həyata keçirdiyi siyasətin önündə saxlayaraq Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inamla tarixi Zəfərə doğru apardı. Prezidentlik dövrünün 17 ili ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə hazırlığa həsr edildi. Ölkəmiz bütün sahələrdə daha da gücləndi, diplomatik uğurlarımızın miqyası genişləndi, ordumuz Qələbəyə hazırlandı. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi əsas prioritetlər sırasında oldu. 44 gündə Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi dövlətimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyətinin təqdimatı oldu. 44 günün hər günü Azərbaycan tarixinə uğur, zəfər səhifəsi kimi yazıldı.

Vüqar Rəhimzadə vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən lokal antiterror əməliyyatına qədər keçən dövrün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda ucaldıldı. Bununla da qalib, bütövləşən Azərbaycanın həyatında yeni dövr başladı.

Parlaq, tam və mütləq Qələbə

“Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın mövqeyinə verilən önəm səbəbsiz deyil. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll edilməsinə səy göstərir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsi hazırda keçirilən bütün beynəlxalq tədbirlərdə təqdir edilir, nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda bu uğurumuzu xüsusi qeyd etdi. Bildirdi ki, biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu”, - deyə V.Rəhimzadə vurğulayıb.

O qeyd edib ki, artıq 4 ildir Rusiya ilə Ukrayna arasında müharibə gedir. Saysız-hesabsız itkilərlə, iqtisadiyyatın, infrastrukturun məhvi ilə müşayiət olunan bu müharibənin başa çatacağına hələ də ümid yoxdur. Həmçinin ilk saatlarında qısa müddətdə başa çatacağı düşünülən ABŞ, İsrail-İran müharibəsinin artıq 40 gündür davam etməsi, atəşkəs və sülh təşəbbüslərinin hansı nəticə verəcəyi hələ ki, bəlli deyil. Bu müharibənin gedişində münaqişə tərəfi olan ölkələrlə yanaşı, dünya iqtisadiyyatına dəyən ziyan və qeyri-müəyyənlik diqqətdən kənarda qalmır. Bütün bunların fonunda Azərbaycanın 44 gün ərzində tarixi Zəfərə imza ataraq mütləq Qələbənin nümunəsini təqdim etməsindən hər birimiz böyük qürur hissi ilə bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, son beş ildə dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gübrə təchizatında problemlər və Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Xəzərin süni intellekt və peyk məlumatları vasitəsilə monitorinqi təklif olunur

® Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatını ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər