Azərbaycan Gimnastika Federasiyası Koronavirusla Mübarizə Fonduna vəsait ayırıb
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) Prezident İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına qoşulub.
AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, federasiyanın işçi heyəti, bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika və batut gimnastikası üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraf heyəti, eləcə də federasiyanın tibbi personalı öz əmək haqlarının müəyyən hissəsini Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırmağa qərar veriblər.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə federasiya tərəfindən 20 min manat məbləğində vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]