“Azərbaycan Hadoop” istifadəçilər qrupunun görüşü keçiriləcək
Bakı, 1 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Tech Academynin” birgə təşkilatçılığı ilə “Azərbaycan Hadoop” istifadəçilər qrupunun görüşü keçiriləcək.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin big data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev olacaqlar.
Arzu edənlər tədbirdə iştirak edə bilərlər.
Qeydiyyatdan keçmək üçün https://bit.ly/2NyM9Pw linkinə mesaj göndərmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]