Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar şəhidlərinin ailələri ilə görüş olmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirilmişdir.
AHİK sədrinin birinci müavini İlyas Əliyev tədbiri açaraq 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yalnız faciəsi yox, həm də milli-azadlıq hərəkatının zirvəsi olduğunu demişdir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin daim böyük ehtiramla yad edildiyini bildirən İ.Əliyev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədi ilə bir sıra sərəncamlar imzalamışdır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.
Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və AHİK rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda görüşdə iştirak edən 125 şəhid ailəsinə maddi yardım paylanmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]