Azərbaycan idmançıları “Ironman” turnirində çıxış ediblər
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan idmançıları Barselonada keçirilən nüfuzlu “Ironman 70.3” turnirində çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, yarışlara “Baku Tri Club”ın təmsilçiləri - artıq “çətin məsafələrdə” çıxış təcrübəsinə malik Ülvi Aslanzadə, Aleksandr Parxomovski və Əli Bünyadov qatılıblar.
Mayın qızğın çağına baxmayaraq, atletlər Barselonada qeyri-adi hava şəraiti ilə qarşılaşıblar. Bunu demək kifayət edər ki, suyun temperaturu 15 dərəcə olduğu halda havanın temperaturu 12 dərəcəni keçmirdi.
Bununla belə, bizim triatlet-həvəskarlar 1,9 km üzgüçülük, 90 km velosiqment və 21,1 km qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçiblər. Ə.Bünyadov 5 saat 57 dəqiqə, A.Parxomovski 6 saat 11 dəqiqə, Ü.Aslanzadə isə 6 saat 21 dəqiqə nəticə göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]