Azərbaycan ilə Uqanda arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri John Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Uqanda ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.