Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaqdır
Vaşinqton, 11 yanvar (AZƏRTAC). “Wonders of Azerbaijan” (Azərbaycanın möcüzələri) layihəsinə qoşulmuş “Al Tarvel”, “Caspian Breeze”, “CBT Azerbaijan”, “Express Tours” və “Intour Travel” turizm şirkətləri yanvarın 11-12-də ABŞ-ın Çikaqo şəhərində keçiriləcək Səyahət və Sərgüzəştlər sərgisində Azərbaycanı təmsil edəcəklər. Məqsəd Azərbaycanın turizm, səyahət və istirahət mərkəzlərini ABŞ-dakı beynəlxalq səyahətçilərə tanıtmaqdır.
Azərbaycanın ilk dəfə təmsil olunacağı bu genişmiqyaslı sərgidə 250-dən çox beynəlxalq turizm şirkəti iştirak edəcəkdir. Azərbaycanı təmsil edən şirkətlər tərəfindən “Azərbaycan: Odlar yurdu və tolerantlıq mərkəzi” devizi altında İpək yolunun mərkəzi kimi ölkəmizin təbiəti, qədim tarixi, mədəniyyəti və dini rəngarəngliyi, həmçinin zəngin mətbəxi təbliğ olunacaqdır.
Yusif Babanlı,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]