Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək
Bakı, 4 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, matçlardan biri Qəbələdə, digəri isə Masazırda oynanılacaq. Əvvəlcə “Qəbələ” Bakının “Neftçi” klubunu qəbul edəcək. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb. Komandalar bugünədək Azərbaycan Kubokunda son oyun istisna olmaqla cəmi bir dəfə üz-üzə gəlib.
Bakının “İnter” klubu isə səfərdə “Qarabağ”la üz-üzə gələcək. Oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki “Əlincə Arena”da keçiriləcək. Premyer Liqada çempionluğu təmin etmiş Qurban Qurbanovun komandası finala yüksəlməyə daha yaxındır. “Qarabağ” ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirib. Yarımfinal mərhələsinin ilk oyunu istisna olmaqla komandalar bugünədək Kubok oyunlarında 5 dəfə görüşüb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]