AZƏRBAYCAN KULİNARLARI FESTİVALIN DİPLOMLARINA LAYİQ GÖRÜLMÜŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkəndin yaxınlığındakı Borovoe kurort şəhərində “Burabay-2008” Birinci Beynəlxalq Milli Mətbəx Festivalı keçirilmişdir.
Festivalda Rusiya, Ukrayna, Belarus, Serbiya, Moldova və Qazaxıstanın komandaları, həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə səkkiz nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.
Festivalda altı nominasiyada yarış keçirilmiş, Azərbaycan komandası milli mətbəx və stolun bəzənməsi nominasiyalarında diplomlara layiq görülmüşdür.
Bundan əlavə, festival çərçivəsində aşpazların və kulinarların ustad dərsləri də olmuş, gənc aşpazlar və kulinarlar müxtəlif xalqların milli yeməklərini hazırlamağı öyrənmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]