AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI ARTIQ “ACCESS BANK” ADLANACAQDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də “Hyatt-Regency” mehmanxanasında Azərbaycan Mikromaliyyəşdirmə Bankının adının “Access Bank” olması ilə bağlı yeni loqotipin təqdimatı keçirilmişdir. Yeni ad bankın təsisçilərindən biri və 16,5 faiz səhmə malik olan “Access Holdinq”in adından götürülmüşdür.
Təqdimat mərasimində çıxış edən idarə heyətinin sədri Endrü Pospilovski adlarının yeni, lakin missiyalarının və səhmdarlarının əvvəlki olduğunu vurğulamışdır. “Access Bank” kiçik və orta biznesin inkişafı, az və orta gəlirli ailələrə yardım üçün vəsait ayırmaqla yanaşı, hesabların açılması, plastik kartların verilməsi, pul köçürmələrinin həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərəcəkdir.
Bankın digər təsisçiləri Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW Bankı və “LFS Financial Systems GmbH.” şirkətidir.