Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasında Elm Gününə həsr edilmiş tədbir keçirilib

Bakı, 11 aprel, AZƏRTAC

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb.

Sonra Elm Gününə həsr edilmiş elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə edib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı ilə bu elm məbədinin şərəfli tarixi yoluna qiymət verildiyini bildirib.

Bu gün süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl iqtisadiyyat kimi qlobal elmi tendensiyaların dünya alimlərinin başlıca tədqiqat mövzuları sırasında yer aldığını deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu istiqamətlərdə araşdırmalar apardıqlarını, layihələr həyata keçirdiklərini, dünya elmində ölkəmizin mövqeyinin qorunduğunu bildirib. Qeyd edib ki, AMEA son 3 il ərzində tarixində ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA), Beynəlxalq Elmi Şuraya (ICSU) və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) tamhüquqlu üzv seçilib.

“Ötən əsrin 1970-1980-ci illəri əldə olunmuş nailiyyətlərə görə, Azərbaycan elminin intibah dövrü hesab olunur. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər daim elmə, təhsilə və ziyalılara xüsusi diqqət, qayğı göstərib, nəticədə Azərbaycan elmi nailiyyətləri ilə həm respublika daxilində, həm də beynəlxalq miqyasda tanınmışdır. Ümummilli Liderin ikinci hakimiyyəti dövründə ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-i Milli Elmlər Akademiyasında ziyalılarla keçirməsi, sözün əsl mənasında, elmimizin inkişafına yeni nəfəs verdi”, - deyə AMEA prezidenti vurğulayıb.

Ümummilli Liderin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərdə - işğaldan azad olunmuş ərazilərə, Qərbi Azərbaycana, Türk dünyasına, süni intellektə dair mühüm tədqiqatların aparıldığını, bu istiqamətlər araşdırmaları həyata keçirmək üçün daxili imkanlar hesabına 47 yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.

Builki Elm Günü tədbirinin, həm də Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq, Xalq yazıçısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbibbəyli ədibin Azərbaycan ədəbiyyatında ilklər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. Anarın öz əsərləri ilə xalqımızı daim ləyaqətlə təmsil etdiyini, “Qobustan” kimi bir ədəbi məktəbi yaratdığını, Azərbaycan Yazıçılar Birliyinə rəhbərliyi ilə isə ədəbiyyatımıza istiqamət verdiyini deyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycan elmi, akademiyanın kollektivi və ziyalılarımız adından AMEA-ya, elmimizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını davam etdirəcəklərini söyləyib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətində elm və təhsil əsas prioritet sahələrdəndir: “Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər milli elmi elitanın formalaşmasına və onların iqtisadi inkişafda rolunun artırılmasına yönəlmişdir”.

AMEA-da da Azad Həmkarlar İttifaqının fəaliyyət göstərdiyini söyləyən Sahib Məmmədov bu qurumla AHİK arasındakı əlaqələrdən danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən alimlərin rifahının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov çıxışında Azərbaycan elminin tarixinə dair mühüm məqamlara toxunub. Professor qeyd edib ki, elm və təhsilin Azərbaycan cəmiyyətində önəmli yer tutması hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin gündəliyinə daxil edilən əsas məsələlərdən olub. Komitə sədri vurğulayıb ki, həmin dövrdə ilk ali məktəbin yaradılması ilə bağlı təşəbbüslər və parlamentdə aparılan müzakirələr elmin və təhsilin inkişafına verilən dəyərin bariz nümunəsidir.

Professor Anar İsgəndərov bugünkü Azərbaycan elminin nailiyyətlərinə diqqət çəkərək deyib ki, əldə edilən uğurlar bu gün keçirilən sərgidə də öz əksini tapıb.

“Hər bir xalqın böyüklüyü onun dünya elminə verdiyi töhfələrlə, elmi nailiyyətləri ilə ölçülür”, - deyən komitə sədri müasir dövrdə tarix elminin inkişafı məsələsinə toxunub, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədə tarixi həqiqətlərin dünyaya çatdırılmasının önəmini xüsusi qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin qələbənin əsas şərtləri kimi göstərdiyi amillər sırasında problemin tarixiliyinin beynəlxalq ictimaiyyətə düzgün təqdim olunması da var idi. O, əlavə edib ki, tarix elmi daim inkişafda olan bir sahədir və bu baxımdan Qərbi Zəngəzur məsələsinin də elmi araşdırmalar kontekstində ön plana çıxması vacibdir.

Tədbirdə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani Azərbaycan elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, elm müxtəlif xalqların nümayəndələrini birləşdirən məkandır və məhz bu məkan Gürcüstan və Azərbaycan alimlərini bir araya gətirib. Rəhbərlik etdiyi qurumun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə 10 ildən artıq əməkdaşlıq etdiyini vurğulayan professor İrma Ratiani “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin ilk hissəsi artıq yekunlaşıb, aparılan tədqiqatların nəticəsi olan kitab həm gürcü dilində, həm də Kembric Universitetinin nəşriyyatında ingilis dilində işıq üzü görüb. Layihənin ikinci hissəsinin interdissiplinar olduğunu deyən institut direktoru layihədə ədəbiyyatşünas alimlərlə yanaşı, sənətşünasların, musiqişünasların və digər sahələri təmsil edən alimlərin iştirak etdiyini əlavə edib, akademik İsa Həbibbəyliyə əməkdaşlığa görə təşəkkürünü bildirib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda Rəqəmsal Ədəbiyyat Mərkəzinin yaradıldığını qeyd edərək professor AMEA Ədəbiyyat İnstitutunun alimlərini bu sahədə də əməkdaşlıq etməyə dəvət edib.

Çıxışdan sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianiyə və professor Maka Elbakidzeyə AMEA-nın Təşəkkürnaməsini təqdim edib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva çıxış edərək Elm Günü münasibətilə alimlərimizi təbrik edib, son illərdə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışıb, o cümlədən Xalq yazıçısı Anarın həyatı və ədəbi fəaliyyətinin incə məqamlarına toxunublar.

Akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən süni intellekt vasitəsilə hazırlanmış Anarın səsləndirdiyi videonu təqdim edib.

Daha sonra Elm Gününün fəxri qonağı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edib. O, Azərbaycan alimlərini Elm Günü münasibəti ilə ürəkdən təbrik edib. Bu əlamətdar bayram çərçivəsində, həmçinin onun imza saatının, əsərlərindən ibarət sərginin təşkilinə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirən Anar tədbirdən öncə tanış olduğu Elmi nailiyyətlər sərgisi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu sərgi yalnız müstəqil ölkədə və tarixi Zəfər qazanmış millətin elmi sərgisi ola bilər. Hazırda dərin tədqiqatların aparıldığı Qərbi Azərbaycan, Türk dünyası və digər prioritet sahələrin araşdırılmasının yalnız müstəqil ölkədə mümkün olduğunu vurğulayan Xalq yazıçısı müxtəlif dövrlərdə mövcud olan fərqlər haqqında bəhs edib, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da bu istiqamətlərdə görülən işlərin ölkəmizin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Çıxışlardan sonra Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADSEA sədri Samux rayonunda vətəndaşların mürciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub