Azərbaycan millisinin futbolçusu: İslandiyadan əliboş qayıtmaq istəmirik
Reykyavik, 4 sentyabr, AZƏRTAC
“Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz edib, zəif və güclü tərəflərini öyrənmişik. Azərbaycana əliboş qayıtmaq istəmirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına qarşı keçiriləcək oyundan öncə jurnalistlərə açıqlamasında deyib.
O, sabahkı matçda müsbət nəticəyə ümid etdiyini bildirib: “Buraya qələbə üçün gəlmişik. Hava şəraitinin bizə təsir edəcəyini düşünmürəm. Hazırda yalnız İslandiya ilə matç barədə fkirləşirik. Digər rəqibləri daha sonra analiz edəcəyik. Məşqçilərin tapşırığı var. Onları yerinə yetirsək, istədiyimiz nəticəni qazana bilərik”.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]