Azərbaycan musiqiçiləri Murmanskda konsert vermişlər
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan musiqiçiləri Murmanksda konsert vermişlər. Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin həmvətənlərimizin xahişi ilə təşkil etdiyi tədbir Azərbaycandan gəlmiş incəsənət xadimlərinin iştirakı ilə keçmişdir.
Murmansk vilayətinin müxtəlif diaspor təşkilatlarının nümayəndələrinin dəvət olunduğu konsertdə Azərbaycan və rus dillərində Vətən, məhəbbət haqqında mahnılar səslənmişdir. Gənc musiqiçilər Kola yarımadasında səmimi qəbula görə minnətdarlıqlarını bildirmişlər.
Konsert proqramı üç gün davam edəcəkdir.
Murmansk KİV-ləri Azərbaycan musiqisi gecələrini geniş işıqlandırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]