Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak edib VİDEO

İstanbul, 11 oktyabr, AZƏRTAC 

İstanbuldakı “Dolmabaxça” sarayında “Avrasiyada İslam: din istismarına qarşı birlik, həmrəylik və gələcək perspektiv” devizi altında Avrasiya İslam Şurasının IX Zirvə toplantısı işə başlayıb.

Zirvə toplantısında Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vüqar Babayev, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Hüseynbala Mirələmov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti təmsil edib.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı kadrlar əsasında hazırlanmış film nümayiş olunub.

Zirvənin rəsmi açılışında Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez, Baş nazirin müavini Numan Qurtulmuş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin və başqaları çıxış ediblər.

Bütün zəminlərdə münaqişələrin dayandırılmasının, terror aktlarının qarşısının alınmasının, insanlara qarşı kütləvi zor tətbiq edilməsinin müasir dünya qarşısında vacib bir problem olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, dünyada sülhün və əmin-amanlığın bərpa olunması, ədalətin və bərabərliyin qorunması, qaçqınların müvəqqəti yerləşdirilməsi, onların ata-baba yurdlarına qayıtmaları məsələlərində Türkiyənin prinsipial mövqeyi dəyişməz qalır.

Prezident İlham Əliyevin səmimi salamlarını və xeyir-duasını Zirvə toplantısının iştirakçılarına çatdıran şeyxülislam Allahşükür Paşazadə əminliklə bildirib ki, dörd gün davam edəcək bu tədbirdə dünyada sülhün və sabitliyin bərpasına nail olunması üçün mühüm çağırışlar ediləcək. Türkiyədə törədilən terror aktlarını və 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyən Allahşükür Paşazadə bir sıra dövlətlərin qərəzli mövqeyinə baxmayaraq Türkiyə xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək tarixin daha bir ağır sınağından alnıaçıq çıxa bildiyini vurğulayıb.

Xalqlar, dinlər və təriqətlər arasında dostluq və qardaşlığın qorunmasının vacibliyindən danışan Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin son vaxtlar Rusiya-Türkiyə münasibətlərindəki yaxınlaşmadan məmnunluğunu ifadə edib və bildirib ki, bütün bu nailiyyətlər hər iki dövlət başçısının möhkəm siyasi iradəsi nəticəsində gerçəkləşir.

Çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi kimi məsələlərdən bəhs olunub.

Rəsmi açılışdan sonra panellər üzrə müzakirələr aparılıb.

Rəsmi açılışda və geniş müzakirə toplantısında çıxış edən Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez Avrasiya İslam Şurasının ötən dövrdəki fəaliyyəti, qarşıda duran vəzifələri, Türkiyənin dini bərabərlik siyasəti, bu ölkənin qarşılaşdığı çətinliklərdən bəhs edib.

Sonra Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Moldova və digər ölkələrdən müxtəlif müsəlman dini icmalarının nümayəndələri çıxış ediblər.

Yaxın Şərqdə və digər ölkələrdə yaşanan münaqişələri, o cümlədən Türkiyədə səngimək bilməyən amansız terror aktlarını düşmən qüvvələrin birgə fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bütün bu qarşıdurmaların başlıca səbəbi beynəlxalq aləmdəki ikili standartlardır. Azərbaycanın ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistan tərəfindən ölkəmizdə həyata keçirilən terror aktları nəticəsində axıdılan günahsız insan qanları, müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılaşması çox ciddi narahatedici amillərdir. Xalqımızın erməni terrorizmindən böyük zərər çəkdiyini, çoxlu sayda insan itkisi ilə qarşılaşdığını bildirən Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını sərgiləyərək haqq və ədalət tərəfdarıdır.

İslam dininin xalqlarımızın həyatındakı tarixi rolundan bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, türk xalqları, o cümlədən azərbaycanlılar bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşulub, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynayıblar. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz zaman cəmi 17 məscid olan ölkəmizdə hazırda 2100-dən çox məscidin fəaliyyət göstərdiyini diqqətə çatdıran komitənin sədri bildirib ki, müstəqilliyini əzmlə qoruyan və gündən-günə möhkəmləndirən Azərbaycan xalqı islami dəyərlərin qorunması istiqamətində böyük irəliləyişə nail olub. Bu, milli-mənəvi və islami dəyərlərimizin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən böyük siyasətin məntiqi nəticəsidir. Son illər ölkəmizin sürətli inkişafı, beynəlxalq aləmdəki mövqelərinin güclənməsi kimi məsələlərdən söhbət açan M.Qurbanlı bildirib ki, Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüz illər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini etiqad azadlığından sui-istifadəyə yol vermək olmaz. Azərbaycan hökuməti dini radikalizm və ekstremizmə qarşı mübarizədə bütün ölkələrlə, xüsusilə qardaş müsəlman ölkələrlə hər cür əməkdaşlığa hazırdır.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vüqar Babayev dövlət-din münasibətlərinin tənzimlənməsi, dinin siyasi və qrup maraqlarından uzaq tutulması, dinlər və məzhəblərarası dialoqun təşkili, tolerantlıq mühitinin qorunması, xüsusilə dini maarifləndirmə işinin sağlam və mötəbər qaynaqlar əsasında həyata keçirilməsi və s. istiqamətlərdə muxtar respublikada görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə yaradılmış Avrasiya İslam Şurasının Zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasında rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlər müzakirə edilir.

Zirvə toplantısı oktyabrın 14-dək davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub