Azərbaycan Premyer Liqası: “İnter” komandası “Xəzər Lənkəran”a qalib gəlib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Azərbaycan Premyer Liqasında 34-cü turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafat uğrunda yarışan Bakının “İnter” klubu son 10 oyunda xal üzünə həsrət qalan “Xəzər Lənkəran” ilə qarşılaşıb. Bakılılar “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub ediblər. Paytaxt təmsilçisi 14-cü dəqiqədə Rauf Əliyevin və 27-ci dəqiqədə Yuri Fomenkonun qolları ilə ilk yarını 2:0 hesabı ilə üstün başa vurub. Qonaqlar yalnız qolların birinin əvəzini çixa biliblər. Vaquf Güləliyev 47-ci dəqiqədə komandasının təsəlli qoluna imza atıb.
Beləliklə, bu qalibiyyət sayəsində “İnter” xallarının sayını 56-ya çatdırıb və turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Hesabında 14 xal olan “Xəzər Lənkəran” isə doqquzuncu sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]