Azərbaycan Premyer Liqası: “Qəbələ” doğma meydanında məğlub olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, əyalət təmsilçisi “Qəbələ” komandası doğma meydanda “Sabah” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı paytaxt təmsilçisi açıb. Görüşün 20-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənib. Qoldan 20 dəqiqə sonra Fofana Tiemoko hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 63-cü dəqiqəsində Aleksey İsayev baxımlı qolla əyalət təmsilçisini topu oyuna üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. Matçdan son nöqtəni 69-cu dəqiqədə İsnik Alimi qoyub. On bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu oyunda komandasının təsəlli qolunu vurub - 1:3
Beləliklə, ölkə çempionatının cari mövsümündə ardıcıl ikinci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qərarlaşıb. Aktivində 15 xal olan “Qəbələ” isə üçüncü sıradakı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk oyun günündə “Zirə” evdə “Keşlə”ni 2:0, “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. Tura “Sumqayıt” - “Səbail” görüşü ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]