Azərbaycan Premyer Liqası: “Zirə” "Keşlə"ni iki cavabsız qolla məğlub edib
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Zirə" klubu "Keşlə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurublar.
Matçın 90+4-cü dəqiqəsində "Keşlə"nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Zirə" 3-cü pillədəki "Qəbələ"yə çatıb. Yeddi xala malik "Keşlə" isə 7-ci sırada qərarlaşıb.