AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANIN XARİCİ İŞLƏR NAZİRİ XANIM RUMYANA JELEVANI QƏBUL ETMİŞDİR
Bakı, 22 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edildi və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XXI görüşünün əhəmiyyəti vurğulandı və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.
######
