AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSVEÇRƏYƏ RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
Bakı, 19 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə rəsmi səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
######
