Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib VİDEO
İstanbul, 22 may, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.
İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.