AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ ENERGETİKA NAZİRİNİN MÜAVİNİ KLEYTON SELL İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə ABŞ energetika nazirinin müavini Kleyton Sell ilə görüşmüşdür.
Görüşdə energetika sahəsində Azərbaycan-Amerika əməkdaşlığının uğurla inkişaf etdiyi vurğulandı, işbirliyinin gələcəkdə daha da genişlənəcəyinə əminlik bildirildi.