Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Cənab Prezident, ilk növbədə, Vilnüsdə enerji konfransını təşkil etdiyinizə görə, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Tədbir çox uğurlu oldu. Bu, cari ilin may ayında Krakovda ölkələrimiz arasında başlanmış çox fəal əməkdaşlığın davamı oldu. Ötən vaxt ərzində nazirlərimiz, müvafiq struktur və şirkətlərimiz əməkdaşlıq prosesinin sürətləndirilməsi məqsədi ilə bir-birilə çox fəal işləmişlər.

Bu gün keçirilmiş konfrans zamanı biz gələcək addımlarımızı, əməkdaşlığımızı müzakirə etdik və gələcək üçün qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlmək barədə yekdil fikirdə olduq.

Mən əlavə etmək istəyirəm ki, bu gün gələcək regional inkişafın olduqca mühüm başlanğıcıdır. Xəzər-Qara dəniz-Baltik dənizi regionu əməkdaşlığın olduqca vacib mərhələsinə qədəm qoyur. Üzərində işlədiyimiz enerji dəhlizi və bu gün imzaladığımız sənədlər əməkdaşlığımız üçün yeni perspektivlər açacaqdır.

Xəzər-Qara dəniz-Baltik dənizi regionunda səylərin səfərbər olunması ölkələrimiz və xalqlarımız arasında daha çox proqnozlaşdırma, əməkdaşlıq, qarşılıqlı yardım və dostluqla, eləcə də iqtisadi rifah və inkişafla nəticələnəcəkdir. Eyni zamanda, bu, daha sıx inteqrasiyamıza töhfə verəcəkdir.

Çox məmnunuq ki, Avropa İttifaqının üzvü olan ölkələr, xüsusən də, Litva və Polşa bütün bu layihələrdə fəal iştirak edir. Biz hazırkı inkişafı Avropa İttifaqı ilə Azərbaycan arasında geniş enerji əməkdaşlığının elementi hesab edirik.

Ötən ilin noyabrında biz Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzalamışıq. Bu gün isə biz həmin fəaliyyətin praktik baxımdan həyata keçirilməsini görürük.

Azərbaycan zəngin neft tarixi və ənənələri ilə tanınan ölkədir. Azərbaycan Xəzər dənizini xarici sərmayədarlar üçün açıq elan etmişdir. Son on il ərzində biz Xəzər dənizindəki yataqlara on milyardlarla dollar sərmayə cəlb etmişik. Azərbaycanda neft hasilatı artır, gələn il 55 milyon tondan çox olacaqdır.

Azərbaycan neftini üç istiqamətdə nəql edən boru kəmərlərimiz var, ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Azərbaycan qazının qonşu ölkələrə - Gürcüstan və Türkiyəyə, daha sonra isə Avropa bazarına çıxışını təmin edən boru kəmərimiz var.

Başqa sözlə desək, Azərbaycan qarşısına qoyduğu bütün vəzifələri - böyük həcmdə neft və qaz hasil etmək, əvvəllər ümumiyyətlə mövcud olmayan yeni daşınma yollarını açmaq, Xəzər dənizini neft kəmərləri vasitəsilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirmək və Xəzərin enerji resurslarını Avropa bazarlarına çıxarmaq vəzifələrini çox qısa müddət ərzində yerinə yetirdi. Hazırda bu, reallıqdır. İndi biz əməkdaşlığımızı genişləndirəcək əlavə layihələr üzərində işləyirik. Odessa-Brodı-Plotsk-Qdansk layihəsinə bu gün çox güclü siyasi dəstək verildi və bizim artıq həyata keçiriləcək praktik elementlərimiz var.

Əminəm ki, gələn il Ukraynada keçiriləcək növbəti görüşdə bizim yeni nailiyyətlərimiz olacaqdır. Tərəfdaşlığımız artacaq, qarşılıqlı münasibətlər inkişaf edəcəkdir. İşbirliyimiz yalnız və yalnız sülhə, təhlükəsizliyə, sabitliyə və xalqlarımızın, ölkələrimizin rifahına doğru aparır.

Mən bu gün qəbul olunmuş qərarları yüksək dəyərləndirirəm. Bu, cari ilin may ayında Krakovda razılaşdırılmış məsələlərə bizim birmənalı sadiqliyimizi nümayiş etdirir. Ümidvaram ki, gələcəkdə bu əməkdaşlıq uğurla davam edəcək və ölkələrimizin ümumi işlərdə daha geniş iştirakına zəmin yaradacaqdır.

Mən bu cür mühüm görüşü təşkil etdiyinə görə Prezident Adamkusa bir daha minnətdarlığımı bildirirəm. Eyni zamanda, demək istəyirəm ki, bu gün biz GUAM-ın onilliyini qeyd etdik. Ola bilsin ki, bu tədbirin burada, Vilnüsdə keçirilməsi həm də rəmzi xarakter daşıyır. Mən həm də bu layihə ilə bağlı təşəbbüsünə və fəaliyyətinə görə Prezident Kaçinskiyə təşəkkür edirəm. Belə tarixi, mühüm nailiyyət münasibətilə hamını təbrik edirəm.

Sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

X X X

Daha sonra konfrans iştirakçıları üçün rəsmi qəbul təşkil olundu. Prezident İlham Əliyev qəbulda iştirak etdi. Litva Prezidenti Valdas Adamkus, Portuqaliyanın iqtisadiyyat və innovasiya naziri Manuel Pinyu və digər çıxış edənlər Avropada enerji təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirlərdən danışdılar. Avropa İttifaqının energetika üzrə komissarı Andris Pibalqs “Energetika sahəsində qlobal çağırışlara Avropa İttifaqının cavabı” mövzusunda məruzə etdi.

X X X

Elə həmin gün Litva Prezidenti Valdas Adamkusun adından konfrans iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi.

Konfrans iştirakçıları fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır