Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Sağ olun, cənab sədr!

Hörmətli dövlət başçıları,

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri.

İlk növbədə, mən bu cür vacib beynəlxalq tədbiri ölkəsində keçirdiyinə görə və konfransımızı yüksək səviyyədə təşkil etdiyinə görə Prezident Adamkusa minnətdarlığımı bildirmək istəyirəm.

Bu konfrans hamımız - istehlakçı və hasilatçılar, o cümlədən gələcəyini Avropaya inteqrasiyada görən tərəflər üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa bazarı üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl başlamışdır. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik.

Hazırda neft və qaz hasilatını artırırıq və karbohidrogen ehtiyatlarımızı müxtəlif bazarlara çıxarmaq məqsədi ilə bir neçə boru kəmərlərini çəkmişik. Nisbətən qısa müddət ərzində Azərbaycanda neft hasilatının gündəlik həcmi təqribən 1 milyon barrelə çatmışdır və gələn illərdə onun səviyyəsi artırıla bilər. Biz dörd boru kəmərini çəkmişik. Üç neft kəməri Azərbaycan neftini Qara dəniz və Aralıq dənizi sahillərinə nəql edir. Qaz kəməri isə Azərbaycan qazını qonşu ölkələrin və Avropanın bazarlarına çıxarmağa imkan verir. Ölkəmizdə olduqca əlverişli biznes mühitini yaratmaq, çoxmilyardlı transmilli layihələrin həyata keçirilməsində bizə yardım etmək üçün beynəlxalq maliyyə təsisatlarını dəvət etmək məqsədi ilə on milyardlarla dollar birbaşa xarici sərmayə cəlb etmişik.

Bir daha qeyd etmək istəyirəm, enerji siyasətimizi və layihələrin həyata keçirilməsini başlayanda, həmin vaxt Avropa İttifaqının bazarı bizim üçün uzaq olan məsələ idi. Biz diqqəti əsasən qonşu bazarlara, qonşu ölkələrə yönəldirdik. Lakin əsas enerji layihəmiz reallığa çevrildiyi bir vaxtda gördük ki, Avropaya, Avropa İttifaqına alternativ təchizat lazımdır.

Hasilatçı ölkə kimi, biz artıq həmin məqsədə nail olmuşuq. Bizim enerji resurslarımızın şaxələndirilmiş nəqletmə yolları var. Qeyd etdiyim kimi, bu, müxtəlif istiqamətdə dörd boru kəməri ilə həyata keçirilir. İstehlakçıların təchizat yollarının şaxələndirilməsinə duyduğu ehtiyacı da aydın şəkildə başa düşürük, çünki belə olarsa, enerji təhlükəsizliyi artır və bazarda daha ədalətli qiymətlər təmin edilir.

Bu baxımdan, Avropa İttifaqının üzvü olan ölkələrlə ikitərəfli səviyyədə əməkdaşlığı və ümumilikdə, Avropa İttifaqı ilə işbirliyimizi yüksək qiymətləndiririk. Ötən il biz Avropa İttifaqı ilə Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzalamışıq. Hesab edirəm ki, bu sənəd bütün gələcək birgə işləri əhatə edəcəkdir.

Azərbaycan nəhəng neft və qaz ehtiyatlarına malikdir. Hazırda təsdiq edilmiş neft ehtiyatlarımız, ən azı, 15 milyard barrel səviyyəsindədir. Bu yaxınlarda Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilmişdir. Biz artıq Gürcüstan və Türkiyə bazarlarına qaz ixrac edirik. Hesab edirəm ki, yaxın vaxtlarda, Azərbaycan qazı Avropa İttifaqının bazarına da çıxarılacaqdır.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları, ən azı, 2 trilyon kubmetrə bərabərdir və bu, bizim daxili tələbatımız üçün azı 150 ilə kifayətdir. Hasilat apardığımız yataqlardan danışdığımı nəzərə alaraq bildirirəm ki, bizim bir çox digər neft və qaz yataqlarımız da var və əminəm ki, gələcəkdə onlar da işləniləcəkdir. Bunlar nəhəng ehtiyatlardır.

Hazırda Azərbaycan Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”ndə iştirak edən ölkədir. Biz Avropaya inteqrasiyanı xarici siyasətimizin prioriteti hesab edirik. Bundan əlavə, qeyd etdiyim kimi, bizim çox yaxşı enerji əməkdaşlıq çərçivəmiz var. Ehtiyatlarımız və boru kəmərlərimiz mövcuddur. Digər tərəfdən isə, Avropada artan tələbatlar var. Bütün bu elementləri bir-birilə uyğunlaşdıraraq, biz olduqca güclü tərəfdaşlığımızı qura bilərik.

Deyə bilərəm ki, bu gün enerji tərəfdaşlığımız sürətlə inkişaf edir. Biz Vilnüs enerji konfransını keçirdik. Bu, 2007-ci ilin may ayında Krakovda keçirilmiş sammitin davamı idi. Alternativ enerji təchizatı yollarını təmin etmək məqsədi ilə mühüm sazişlər imzalamışıq. Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri mühüm enerji layihəsi kimi bizim üçün vacibdir. Bu layihə Azərbaycana öz neftini nəinki Qara dəniz və Aralıq dənizinə, həm də Baltik dənizi bazarına çıxarmaq imkanını verəcəkdir. Bu layihə, eyni zamanda, regional tərəfdaşlıq işinə də töhfə verir. Xəzər-Qara dəniz-Baltik dənizi regionundakı tərəfdaşlığı biz gələcək əməkdaşlığın, ölkəmizin Avropa strukturlarına fəal inteqrasiyasının, Azərbaycan xalqının inkişaf və rifahının çox mühüm aləti kimi dəyərləndiririk.

Neftimizi, yəni “qara qızılı” insan kapitalına çevirə bildik. Siyasi və iqtisadi islahatlar sahəsində fəal siyasət və enerji siyasəti nəticəsində biz son üç il ərzində iqtisadi artımı 96 faiz səviyyəsinə qaldıra bildik. Həmin dövr ərzində, əsasən, iqtisadi islahatlar siyasəti və enerji strategiyası sayəsində biz dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olmuşuq.

Bu gün biz müxtəlif yeni variantları nəzərdən keçiririk. Qeyd etdiyim kimi, bu yaxınlarda Azərbaycan mühüm qaz hasilatçısına və ixrac edən ölkəyə çevrilmişdir. Biz qonşularımız - Gürcüstan və Türkiyə, eləcə də Yunanıstan və digər ölkələr ilə danışıqlar aparırıq. “Nabukko” layihəsində iştirak etmək imkanlarını lazımınca nəzərdən keçiririk. Həmin layihə Azərbaycana öz enerji resurslarından daha geniş istifadə imkanı yaradacaq və Avropaya alternativ enerji təchizatını təmin edəcək. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Xəzər regionu Avropa İttifaqı üçün yeganə yeni alternativ potensial qaz təchizatçısıdır, çünki bütün digər təchizat mənbələri artıq istifadə olunur. Düzdür, Avropaya ənənəvi təchizat yolları ilə nəql olunan enerji daşıyıcılarının hasilat həcmi artmaqdadır, lakin yeni alternativ variant yalnız Xəzər regionu sayılır.

Biz bu yolu yaradırıq. Bu, yeni enerji dəhlizidir. Gələcəkdə olduqca uğurlu əməkdaşlığa nail olmaq üçün biz Avropa İttifaqı ilə sıx əlaqələndirmə işi aparmalıyıq.

Çox məmnunam ki, Prezident Adamkus, Prezident Kaçinski və cənab Barrozu öz çıxışlarında Avropa üçün vahid enerji siyasətinin vacibliyini vurğuladılar. Bu, nəinki Avropa İttifaqının üzvü olan dövlətlər, həm də hasilatçılar üçün əhəmiyyətlidir. Hasilatçılar həmçinin gələcəyi və bazarları görməlidirlər. Qaz bazarı neft bazarından tamamilə fərqlidir. O, müxtəlif bazarlarla bağlıdır. Ona görə enerji proqramımızı, qaz hasilatını artırmaq məqsədi ilə böyük sərmayələr proqramını planlaşdırmaq üçün biz Avropa İttifaqının tələbatlarını və onun hasilatımıza necə təsir göstərəcəyini bilməliyik.

Bu gün ilk addım kimi Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum vacib başlanğıcdır. Lakin hesab edirəm ki, biz bu prosesi uğurla və ardıcıl şəkildə davam etdirməliyik və müəyyən mərhələlərdə daha vacib uzunmüddətli sazişlərə qoşula bilərik. Belə olan halda, istehlakçılar da, hasilatçılar da - hər ikisi məmnun qalacaqdır.

Biz qəti şəkildə inanırıq ki, yalnız və yalnız istehlakçı və hasilatçıların ümumi maraqları fayda gətirə bilər. Enerji daşıyıcıları - neft və qaz toqquşma və ya hər hansı digər məsələ yox, əməkdaşlıq və dostluğun vasitələri olmalıdır. Bizim timsalımızda Azərbaycan Avropa İttifaqının dostudur. Ölkəmiz özünün Avropaya inteqrasiya siyasətinə sadiqdir. Artıq mövcud infrastruktura və böyük neft-qaz yataqlarına malikdir. Ölkəmiz açıq ürəklə yaxından işləməyə hazırdır.

Mən bu təşəbbüsə görə Prezident Adamkusa və Prezident Kaçinskiyə bir daha minnətdaram. Bu gün səhər buraya gəlmiş Prezident Beseskuya təşəkkür edirəm. O, özünün sıx iş cədvəlinə baxmayaraq, hər zaman bizi dəstəkləyir. Prosesə verdikləri dəstəklərinə görə, bütün digər prezidentlərə və nümayəndə heyətlərinin başçılarına minnətdaram və konfransın işinə uğurlar arzulayıram.

Çox sağ olun.

X X X

Konfransda Rumıniya Prezidenti Trayan Besesku və Ukrayna Prezidenti Viktor Yuşşenko da çıxış etdilər.

X X X

Konfrans başa çatandan sonra iştirakçılar xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır