Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Belə gözəl evlərin istifadəyə verilməsi münasibətilə mən sizi təbrik edirəm! Bu evlər gördüyünüz kimi, ən yüksək standartlara cavab verir və siz bu evlərdə rahat yaşayacaqsınız. 369 ailə bu gözəl evlərə köçürüləcəkdir. Siz uzun illər çox ağır şəraitdə yaşamısınız. İctimai binalarda, yataqxanalarda, yararsız yerlərdə uzun illər ərzində əziyyət çəkmisiniz. Ancaq bu gün sizin həyatınızda yeni mərhələ başlayır, bu gözəl evlərdə siz yaşayacaqsınız.

Ancaq bu da müvəqqəti bir yaşayış yeridir. Azərbaycan torpaqları işğalçılardan azad olunandan sonra sizin doğma torpaqlarınızda biz belə gözəl evlər tikəcəyik, şəhərləri yenidən quracağıq. İşğalçılardan azad olunacaq torpaqlarda bütün infrastruktur yenidən yaradılacaqdır. Ancaq hələ ki, bu gözəl evlərdən istifadə edin.

Bilirsiniz ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Mənə bu yaxınlarda verilən məlumata görə, bu məqsədlər üçün, məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün Azərbaycan dövləti 2 milyard dollar vəsait xərcləmişdir. Bu vəsait hesabına 12 çadır şəhərciyi ləğv edilib, 81 min məcburi köçkün yeni evlərə köçürülüb, 123 məktəb tikilib, yollar, elektrik xətləri çəkilib, xəstəxanalar inşa edilibdir.

2004-cü ildə xüsusi Dövlət Proqramı qəbul edilmişdir. 2007-ci ildə proqrama əlavələr edilmişdir. Biz ən ağır şəraitdə yaşayan soydaşlarımızın problemlərini həll etdik. Azərbaycanda artıq çadır şəhərcikləri yoxdur. Biz indiki mərhələdə artıq ictimai yerlərdə, hərbi hissələrin ərazilərində, məktəblərdə, yataqxanalarda yaşayan soydaşlarımızın həyatını yüngülləşdirəcəyik. Bu məqsədlə Azərbaycan dövlətinin kifayət qədər imkanları vardır. Bizim iqtisadiyyatımız artır.

Bilirsiniz ki, məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən istifadə olunur. Bütün bu gözəl işlər fondun vəsaiti hesabına görülür. Fond əlbəttə ki, Azərbaycanda neft strategiyasının icrası nəticəsində formalaşıb. Əgər bu olmasaydı, bu gün belə imkanlar da olmazdı.

Bu gün iqtisadiyyat artdıqca bütün sosial məsələlər də öz həllini tapır. Eyni zamanda, ordu quruculuğu işinə böyük dəstək verilir. Ordumuz güclənir. Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq.

Azərbaycanın işi haqq işidir. Biz uzun illərdir ki, erməni işğalçıların etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bu, dözülməz bir vəziyyətdir, ən böyük ədalətsizlikdir, insan hüquqlarının kobudcasına tapdalanmasıdır. Ancaq dünya birliyi buna biganə qalır. Düzdür, beynəlxalq təşkilatlar lazım olan qərarları, qətnamələri qəbul edib. Ancaq onlar icra olunmur. Belə olan halda, o qətnamələrin mənası da itir. Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur, kobudcasına pozulur. Azərbaycanın torpaqlarının uzun illər işğal altında qalması bunun nəticəsidir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək, çünki biz müharibə istəmirik. Ancaq sülh yolu ilə də olmur. Neçə dəfə danışıqlar aparılıb. Hər il 7-8 dəfə. Müəyyən irəliləyiş vardır. Ancaq biz məsələnin köklü şəkildə həllinə nail ola bilmirik. Çünki Ermənistan tərəfi bütün beynəlxalq normalara tamamilə zidd mövqe nümayiş etdirir.

Beynəlxalq birlik də onlara öz təsir imkanlarını göstərmir. Halbuki bəzi başqa hallarda, buna oxşar hallarda, dünyanın digər yerlərində bir ölkə o biri ölkənin torpaqlarını işğal etdiyi zaman məsələyə beynəlxalq qüvvələr müdaxilə edir. Nəticədə həm siyasi müdaxilə, həm hərbi müdaxilə həll olunur. Amma bizdə belə deyildir. Bunun müxtəlif səbəbləri vardır. Bu səbəbləri biz yaxşı bilirik. Əfsuslar olsun ki, erməni lobbisinin fəaliyyəti nəticəsində dünya birliyi erməni işğalına o qədər də ciddi yanaşmır. Ona görə biz bu vəziyyəti çox ciddi təhlil etməliyik və növbəti illər üçün fəaliyyət planımıza müəyyən düzəlişlər etməliyik.

Biz görürük ki, ancaq öz gücümüzə arxalana bilərik, ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalana bilərik. Bu məqsədlə iqtisadiyyatımızı, ordumuzu gücləndiririk. Bu məqsədlə müasir tipli silahlar alınır.

Azərbaycanın uzun illər bundan sonrakı iqtisadi inkişafının təməli qoyulub. Bütün dünyada iqtisadiyyat çökür. Ermənistanda iqtisadiyyat 20 faiz aşağı düşübdür. Bu il Azərbaycanda 8 faiz artım vardır. Yəni, biz bu səyləri davam etdirəcəyik. Həm iqtisadi, həm siyasi, həm diplomatik, həm hərbi səylərimizi davam etdirəcəyik.

Mən şəxsən şübhə etmirəm ki, Azərbaycan torpaqları işğalçılardan azad olunacaqdır. Əsas məsələ hansı yolla, ya sülh yolu ilə, ya hərbi yolla. Mən bu məsələ ilə bağlı öz fikirlərimi sizə bildirmək istəyirəm. Çünki siz bu işğalçılıq siyasətindən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən əziyyət çəkən insanlarsınız, sizin hüquqlarınız tapdalanıb. İndi dünyada insan hüquqları haqqında çoxlu söhbətlər gedir. Amma ən kobudcasına pozulmuş insan hüquqları sizin hüquqlarınızdır. Siz doğma yurdunuzda, doğma diyarınızda yaşaya bilmirsiniz. Nə üçün? Çünki ermənilər torpaqlarımızı zəbt ediblər. Əfsuslar olsun ki, 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər və daxili çəkişmələr ermənilərə belə imkanları yaratdı. Bizim torpaqlarımız xarici dəstək hesabına işğal altındadır.

Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün kim bizim torpaqlarımızı işğal edə bilər? Heç kim! Əgər müharibə başlanan zaman Azərbaycanın rəhbərliyində ulu öndər Heydər Əliyev olsaydı, heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi. Ancaq bu oldu, bu işğal baş verdi. Bunu aradan qaldırmağın ya sülh yolu vardır, ya hərbi yolu. Başqa yol yoxdur. Ancaq biz daha bu prosesi uzada bilmərik.

On beş ildir ki, atəşkəs rejimi bağlanıb. On beş il ərzində, daha doğrusu, ondan da əvvəl, 1992-ci ildə Minsk qrupu yaradılıb. Minsk qrupu fəaliyyət göstərir. Amma bu fəaliyyətin nəticəsi var? Yoxdur. Bu reallıqdır. Bizə deyirlər ki, siz dözün, danışıqlar aparın, ermənilər ilə danışın. Biz danışıqlar aparırıq və müəyyən irəliləyiş vardır. Onu da demək istəyirəm ki, artıq danışıqlar mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur. Halbuki əvvəllər bu barədə heç söhbət də getmirdi. Yəni, bu bizə ümid verir. Bu bizim danışıqlarda iştirakımıza elə bil ki, əlavə stimul verir. Biz hesab edirik ki, hələ ümidlər vardır. Amma bununla bərabər görürük ki, Ermənistan tərəfi vaxtuzatma taktikasını seçib, vaxt uzadır. Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyirlər. Yəni bu nəyi göstərir? Biz indi bilirik bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır. Amma bunu etmək üçün onlarda canlı qüvvə yoxdur. Ermənistanın əhalisi azalıb. Bu gün orada real yaşayan insanların sayı 1 milyon 700 mindir. Getdikcə onlar təmas xəttini qoruya bilməyəcəklər. Çünki Azərbaycanın həm imkanları, gücü, həm də demoqrafik vəziyyət artır. Bizim əhalimizin sayı artıq 9 milyondur, 5-6 ildən sonra 10 milyon olacaqdır. Bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7 dəfə böyükdür. Bir neçə ildən sonra bəlkə 13 dəfə, 15 dəfə böyük olacaqdır. Ermənistan bütün regional layihələrdən təcrid olunub. Demək olar ki, bir istisna ilə bütün qonşularla sərhədləri bağlıdır. Belə vəziyyətdə bu ölkənin yaşaması sual altındadır. O da həqiqətdir ki, öz hesabına yaşaya bilmir. Əgər bəzi ölkələr və bəzi maliyyə qurumları onlara bu il maliyyə yardımı göstərməsəydilər, tamamilə çökəcəkdi.

Ölkə xarici maliyyə dəstəyi hesabına uzun illər yaşaya bilməz, xüsusilə qonşularla ciddi problemi olan ölkə. Ona görə, bax bu amillərə - bizim iqtisadi gücümüzə, siyasi fəallığımıza, diplomatik sahədə, ordu quruculuğunda əldə edilmiş uğurlara və ümumiyyətlə perspektivə baxanda Ermənistan ilə Azərbaycan arasında uçurum getdikcə genişlənəcəkdir. Bütün bu amilləri təhlil edərkən biz hələ ki, yenə də danışıqlar yolunu seçirik.

Biz öz təzyiqimizi davam etdirəcəyik. Həm siyasi, həm iqtisadi, həm bütün başqa formalarda təzyiqimizi davam etdirəcəyik. Elə etməliyik ki, öz istəyimizə nail olaq. Bizim istəyimiz haqqın, ədalətin bərpasıdır. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Halbuki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim torpaqlarımızdır. Ancaq buna baxmayaraq, biz ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edirik. Mən əminəm ki, biz istədiyimizə nail olacağıq. Ancaq mən istəyirəm ki, bu, tez olsun. Bunu etmək üçün çalışıram və çalışacağam.

Sizi bu müvəqqəti yaşayış yerinə köçməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm və sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, biz hamımız bu gözəl bayramları işğaldan azad olunacaq torpaqlarda qeyd edək. 

                                                    X X X

Xocavənd rayonundan olan məcburi köçkün Dilşad QULİYEVA dövlətimizin başçısına qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirərək dedi:

-Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, bizim ümummilli liderimiz Heydər Əliyevin davamçısı İlham Əliyev cənablarıdır. 1997-ci ildə ümummilli liderimiz mənim evimdə qaçqın və köçkünlərlə görüşən zaman əlini çiynimə qoyub bu sözləri demişdi: “Dilşad xanım, sizi gözəl-gözəl binalara köçürdəcəyəm. Sənin dərdin mənim dərdimdir. Ondan da sonra səni Dağlıq Qarabağın Xocavənd rayonunda yerləşdirəcəyəm. Sən çox arxayın ola bilərsən ki, gedəcəksən”. Allah ona qəni-qəni rəhmət eləsin. Şükür bu günə ki, onun davamçısı öz övladı İlham Əliyev cənablarıdır. Gün o gün olsun, mən ona əminəm, belə binaları doğma el-obamızda tikək. Yeni şəhərciklərdə, düşmənin gözünün qabağında, - mən gedib gəzirəm, - sizin iştirakınızla hələ bundan da gözəl binalar tikilib. Orada bundan da gözəl binalar, xəstəxanalar vardır. Gedib gəzmişəm. Gün o gün olsun, bu cür binaları bizim öz torpağımızda tikdirəsiniz.

Bütün dünya Sizə baxır. Zarafat deyil, 20 faizi işğal altında olan torpağın yiyəsi, Prezidenti belə işlər görür. Allah-Təala Sizi bəladan, yaman gözdən, bəd nəzərdən qorusun. Azərbaycanlı anası kimi, Allahın altında Sənin üstündə bir üzərlik yandıra biləydim.

Cənab Prezident, özünü qoru. 

                                                     X X X

Sonra xatirə şəkli çəkdirildi.

                                                     X X X

Daha sonra dövlətimizin başçısı kompleksin ərazisində yeni inşa olunan 260 şagird yerlik Zəngilan rayon 4 nömrəli orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. Burada şagirdlərin təhsili üçün hər cür şərait yaradılmışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır