AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA İŞGÜZAR SƏFƏRİ
Bakı, 24 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə noyabrın 24-də Rusiyanın Ulyanovsk şəhərinə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
######
