AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, martın 10-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olmuşdur.
Dövlətimizin başçısı Bolqarıstan rəhbərini Prezident sarayının həyətində səmimiyyətlə qarşıladı.
Sonra keçirilən təkbətək görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi.
Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətinin vurğulandığı görüşdə ikitərəfli əməkdaşlıqla, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

