AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İRANIN ALİ RƏHBƏRİ SEYİD ƏLİ XAMENEİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 16-da Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı.
Seyid Əli Xamenei xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. O, zirvə toplantısının uğurla keçdiyini, ikitərəfli və regional əməkdaşlıq üçün faydalı olduğunu söylədi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik vurğulandı.