Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Geniş təqdimatda gələcəkdə görüləcək işlər göstərildi. Eyni zamanda, bayaq qeyd etdiyimiz kimi, bu vaxta qədər bu sahədə görülən işlər də göstərilmişdir. Həm bu vaxta qədər görülən və həm də bundan sonra görüləcək işlər deməyə əsas verir ki, Azərbaycanın avtomobil nəqliyyatı infrastrukturunun tamamilə yeniləşməsi mümkün olacaqdır. Bu, çox böyük proqramdır və həm magistral yolların, şəhərlərarası, kənd yollarının, şəhər yollarının tikintisi, həm də yol qovşaqlarının, piyada keçidlərinin tikintisi, nəqliyyatın idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çox vacib bir vasitə olacaqdır. İndi sadəcə olaraq, təqdimatda göstərilən bütün layihələri bir daha nəzərdən keçirmək lazımdır. Biz onların prioritetlərini müəyyən etməliyik ki, bu il hansılar və gələn il hansılar başlanmalıdır. Ancaq hesab edirəm ki, bu, böyük, gözəl proqramdır və bunun icrası nəticəsində demək olar ki, nəqliyyatla bağlı əsas məsələlər öz həllini tapacaqdır.

Biz Bakı şəhərində ilk yol qovşaqlarının tikintisinə başlayanda, əlbəttə, təxmin edə bilirdik ki, bu, sadəcə olaraq, birinci mərhələdir, bir başlanğıcdır. Bu gün təqdimatda göstərilən layihələr, deyə bilərəm ki, Bakının bütün nəqliyyat sisteminin təkmilləşməsini təmin edəcəkdir. Yəni nəzərdən qaçan, yaxud da burada göstərilməyən layihələr yaxın gələcək üçün yoxdur. Biz sadəcə olaraq, qısa müddət ərzində bütün bu layihələri həyata keçirməliyik. Əlbəttə, bunu etmək üçün texniki imkanlar lazımdır və onlar da var. İndi burada göstərildi ki, nə qədər avadanlıq alınıbdır. Çox sevindirici hal ondan ibarətdir ki, Bakıda və magistral yollarda tikintidə işləyənlər yerli mütəxəssislərdir. Yəni bu işləri Azərbaycan şirkətləri görür. Bir neçə il bundan əvvəl biz bu barədə, sadəcə olaraq, fikirləşə bilərdik, bunu arzulaya bilərdik. Ancaq indi bu, reallıqdır.

Dövlət tərəfindən həyata keçirilən layihələr, dövlət investisiya xətti ilə və xaricdən gətirilən kreditlər hesabına görülən işlər imkan verir ki, özəl sektor da inkişaf etsin. Azərbaycan şirkətləri, özəl sektor nümayəndələri bütün bu işlərdə fəal iştirak edirlər. Hesab edirəm ki, əgər onların işlərinin keyfiyyəti yüksək səviyyədədirsə, gələcəkdə də əlbəttə, ilk növbədə, üstünlüyü yerli şirkətlərə verməliyik.

Texniki imkanlardan başqa, maliyyə imkanları da olmalıdır. 2008-ci ilin dövlət büdcəsi artıq təsdiq olunubdur. Ancaq istisna deyil ki, büdcəyə düzəlişlər edilsin. Hesab edirəm ki, bu, edilməlidir və dürüstləşdirmə zamanı həm nəqliyyatda, həm də başqa sahələrdə bizim üçün, ölkəmizin inkişafı üçün lazım olan tədbirlər nəzərdə tutulmalıdır. Ona görə hesab edirəm ki, növbəti bir-iki ay ərzində bütün bu təkliflər bir daha təhlil edilməli, proqram şəklinə salınmalı və 2008-ci il üçün prioritet məsələlər 2008-ci ilin büdcəsinə əlavə olunmalıdır. Ondan sonrakı illərdə isə bunlar təbii ki, növbəti illərin büdcələrində nəzərdə tutulacaqdır.

Maliyyə imkanlarımız var. Yolların bir hissəsi kreditlər hesabına tikilir. Əgər güzəştli və əlverişli şərtlərlə yeni kreditlər əldə etmək mümkün olacaqsa, buna da getməliyik. Amma o da həqiqətdir ki, indi Azərbaycanın iqtisadi, maliyyə vəziyyəti belədir ki, biz kreditlərsiz də bütün işləri görə bilərik. Bildiyiniz kimi, bəzi hallarda bizə lazım olan regional layihələrin həlli üçün Azərbaycan dövlətinin özü kreditlər verməyə hazırdır və bunu edirik. Bir sözlə, həm xarici maliyyə resurslarından istifadə etməliyik, həm də, ilk növbədə, öz imkanlarımızdan istifadə etməliyik.

Bir daha demək istəyirəm ki, bu təqdimatda avtomobil nəqliyyatının bütün sahələri öz əksini tapıbdır. Əlbəttə, növbəti illərdə biz daha böyük diqqəti kənd yollarına yönəltməliyik. Çünki, təbii, təqdimatda, ilk növbədə, ən prioritet məsələlər öz əksini tapıbdır. Ancaq kənd yolları da bizim üçün prioritetdir. Düzdür, bu yollar yerli icra orqanları tərəfindən tikilməlidir, təmir olunmalıdır. Yəqin buna görə təqdimatda bu barədə deyilməyibdir. Ancaq ümumi konsepsiyanı, ümumi yanaşmanı yəqin ki, Azərbaycan dövləti tərəfindən bu işlərə cavabdehlik daşıyan qurum kimi Nəqliyyat Nazirliyi öz üzərinə götürməlidir. Çünki indi Nəqliyyat Nazirliyinin infrastrukturu, texnikası, avadanlığı, texnologiyası var. Gələcəkdə yəqin ki, biz buna bir daha baxmalıyıq və kənd yollarını da yüksək səviyyəyə çatdırmalıyıq.

Hesab edirəm ki, biz bu təqdimata və təklif olunan layihələrə Naxçıvan Muxtar Respublikasının yol problemlərini də əlavə etməliyik. Demək olar ki, bu təqdimatda Azərbaycanın bütün bölgələri əhatə olunur. Ancaq biz Naxçıvan Muxtar Respublikasının yol təsərrüfatına da əlavə vəsaiti ayırmalıyıq. Xahiş edirəm ki, bu məsələlərlə bağlı Naxçıvanın rəhbərliyi ilə də əlaqə saxlayın, onlarla danışın və biz dövlət büdcəsindən Naxçıvanın yollarının tikintisinə, təmirinə məqsədyönlü şəkildə vəsait qoymalıyıq. Beləliklə, bu layihələrin həyata keçirilməsi ilə biz nəqliyyat sahəsində böyük bir işi həll edirik.

Bildiyiniz kimi, Bakıda piyada keçidlərinin tikintisi də çox yaxşı gedir, yüksək keyfiyyətlə aparılır. Çox yaxşı ki, demək olar, bütün keçidlərdə eskalatorlar qoyulubdur. Biz insanlara rahatlıq yaradırıq. Çünki yaşlı insanlar pilləkənlə qalxıb-düşməkdə əziyyət çəkə bilərlər. Bəzi hallarda cavanlar özlərinə əziyyət vermək istəmir, yeraltı keçid olduğu halda, yol qaydalarını pozaraq, ondan istifadə etmirlər. Ancaq eskalator olan halda və yeraltı keçid, yerüstü keçid müasir səviyyədə olduğu halda, əminəm ki, insanlar onlardan daha da səmərəli istifadə edəcəklər.

Biz eyni zamanda, ölkəmizə və şəhərimizə yeni avtobusların gətirilməsi ilə də məşğuluq. Bu sahədə Nəqliyyat Nazirliyi işlər görür və özəl şirkətlər də fəaldırlar. Biz dövlət tərəfindən bu məsələyə baxa bilərik. Yəni dövlət tərəfindən investisiya şəklində vəsait ayırıb bu avtobusları alaraq, özəl firmalara icarəyə verə bilərik ki, bu sahədə də vəziyyət yaxşılaşsın. Bilirəm ki, insanları narahat edən şəhər nəqliyyatıdır və bu sahədə, əlbəttə, tənzimləmə siyasəti aparılmalıdır. Bir müddət bundan əvvəl xaricdən 200 avtobus gətirilibdir. Bu, artıq bu sahəyə böyük bir töhfədir. Eyni zamanda, intellektual idarəetmə sisteminin işə düşməsi ilə bu sahədə çox böyük dəyişikliklər olacaqdır. Bu işlər kompleks şəkildə aparılacaqdır. Beləliklə, Azərbaycan iqtisadiyyatı, - nəqliyyat iqtisadiyyatın əsas elementlərindən biridir, - daha da inkişaf edəcəkdir.

Bizim mövqeyimiz möhkəmdir. Bildiyiniz kimi, dünyanın aparıcı iqtisadi qurumları vaxtaşırı ölkələrin reytinqlərini tuturlar. Bəzi hallarda onlar ciddi xarakter daşımır, bəzi hallarda isə mötəbər qurumlar və onların tərtib etdiyi reytinqlər, əlbəttə, həqiqəti əks etdirir. Xüsusilə Davos Dünya İqtisadi Forumunun reytinqlərində iqtisadiyyatın rəqabət qabiliyyətliliyi sahəsində Azərbaycan dünya miqyasında 66-cı yeri tutur. Çox tanınmış maliyyə qurumu olan “Qoldman Saks”ın tərtib etdiyi reytinqdə isə Azərbaycan 61-ci yerdədir və bütün başqa MDB ölkələrini qabaqlayır. Bu, reallıqdır, həqiqəti əks etdirən reallıqdır. Azərbaycan çox sürətlə inkişaf edir. Həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli, həm insanların həyat səviyyəsinin yaxşılaşması, vaxtaşırı, ildə iki dəfə minimum əmək haqqının, minimum pensiyaların artırılması, sosial müavinətlərin artırılması, həm də iqtisadi və sosial islahatların aparılması sahəsində biz çox böyük nailiyyətlərə çatmışıq. Ancaq biz bununla kifayətlənməməliyik. Elə etməliyik ki, növbəti illərdə uğurlu inkişafımız güclənsin və ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapsın.

Mən hesab edirəm ki, bu müzakirələr nəticəsində bu təqdimatda göstərilən bütün məsələlər bir daha təhlil ediləcək və bunun əsasında mənim tərəfimdən yeni sərəncam imzalanacaq, 2008-ci il üçün proqram tərtib olunacaqdır. Növbəti illərdə proqramın icrası bu sahədə vəziyyəti böyük dərəcədə yaxşılaşdıracaqdır. Eyni zamanda, Azərbaycan nəqliyyat infrastrukturu baxımından ən qabaqcıl ölkəyə çevriləcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddə biri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kobir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar