Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq inşaat sərgisində təmsil olunacaq
Astana, 27 avqust, AZƏRTAC
Sentyabrın 3-dən 5-dək Almatıda 31-ci Qazaxıstan Beynəlxalq İnşaat və İnteryer - “KazBuild - 2025” sərgisi keçiriləcək.
AZƏRTAC “kazbuild.kz” saytına istinadla xəbər verir ki, sərgi ənənəvi olaraq geniş xarici iştirakçıları cəlb edir və bu il də istisna olmayacaq.
Bu il “KazBuild” sərgisi 23 ölkədən 401 iştirakçını, o cümlədən Almaniya, Polşa və BƏƏ milli qruplarını, həmçinin Azərbaycan, Rusiya və İran istehsalçılarının kollektiv sərgilərini bir araya gətirəcək.
Sərgi dörd pavilyonda və iki açıq sahədə yerləşdiriləcək. Tədbir məhsul və texnologiyaların genişmiqyaslı və müxtəlif nümayişini təmin edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]