“AZƏRBAYCAN” QƏZETİNİN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
Azərbaycanın milli mətbuat tarixində layiqli yer tutan “Azərbaycan” qəzetinin 90 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 16-da qəzetin kollektivi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişdir.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül düzülmüşdür.
Kollektivin üzvləri, həmçinin milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin və “Azərbaycan” qəzetinin ilk redaktorlarından olmuş, professional musiqi sənətimizin və milli operamızın yaradıcısı Üzeyir bəy Hacıbəyovun məzarlarını da ziyarət etmişlər.
Sonra onlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə qərənfillər düzmüşlər.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]


