Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

Azərbaycan Respublikasının Milli Məclisi İsveçrə Federal Məclisində qondarma “erməni soyqırımı”nın tanınmasına dair akt qəbul edilməsindən dərin narahatlıq hissi keçirdiyini bildirir, təqribən 90 il əvvəl baş verdiyi iddia olunan hadisələr barəsində münsiflik etmək cəhdini vəziyyətin onsuz da gərgin olduğu Qafqaz ərazisində yeni problemlər yarada bilən yanlış addım kimi qiymətləndirir. Dünya ictimaiyyətinə məlumdur ki, erməni millətçiləri türk xalqlarına qarşı yüz ildən artıq bir dövrdə həyata keçirdikləri düşmənçilik və soyqırımı siyasətini pərdələmək, qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri işğalçılıq müharibəsinə haqq qazandırmaq üçün daim özlərinin “cəfakeş və incidilmiş xalq” obrazına, guya 1915-ci ildə Osmanlı imperiyası tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar.

Təəssüf doğuran haldır ki, öz fəaliyyətində demokratik prinsipləri yüksək tutan İsveçrə parlamenti erməni millətçi qruplarının və onları dəstəkləyən qüvvələrin təsiri altına düşüb obyektivlik hissini itirmiş, tarixi həqiqətlərə etinasızlıq göstərərək ədalətsiz bir akt qəbul etmişdir. Birinci Dünya müharibəsi dövründə ermənilərin guya soyqırımına məruz qalmasına bu qədər müddətdən sonra siyasi qiymət verilməsi, bəzi Avropa dövlətlərinin ardınca İsveçrənin də uydurma “erməni soyqırımı”nı tanıması Azərbaycanda ciddi narahatlığa səbəb olur, regionda millətlərarası münasibətlərin daha da kəskinləşməsinə, Ermənistanın yeni ərazi iddialarına zəmin yaradır, belə bir şəraitdə təəccüblü deyildir ki, beynəlxalq hüquq normalarını və ATƏT-in təməl prinsiplərini pozaraq, Ermənistan Respublikası indiyədək Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaqdan imtina edir.

Elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir erməni soyqırımının baş vermədiyini çoxdan sübuta yetirmişlər. Əslində isə XIX əsrin sonlarından etibarən çar Rusiyasının gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri müasir Türkiyə Respublikasının ərazisində və Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, minlərlə yaşayış məntəqəsini viran qoymuş, qədim mədəniyyət abidələrini, qəbiristanları yerlə-yeksan etmiş, bu ərazidə türk varlığının bütün nişanələrini məhv etməyə çalışmışlar. 1905-1907-ci illərdə İrəvanda və Zəngəzurda (müasir Ermənistan Respublikası ərazisində), Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1914-cü ildə Şərqi Anadoluda – Ərzurumda, Karsda, Ərdəhanda, Adanada, 1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda dinc əhaliyə amansızcasına divan tutulmuşdur. 1918-ci il mart ayının 31-də Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox dinc əhali qətlə yetirilmişdir. Bu gün tarixə qiymət vermək niyyətinə düşən İsveçrə parlamentinin həmin faktlara göz yumması təəccüb və təəssüf doğurur.

Erməni şovinistlərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilıik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə, habelə 1988-1989-cu illərdə Ermənistan ərazisindən yarım milyona yaxın azərbaycanlının deportasiya edilməsinə, yaxud qovulmasına nail olmuşlar. Zorakılıq hərəkətləri zamanı yüzlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə öldürülmüşdür.

İsveçrə Federal Məclisi bilməmiş deyildir ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 inzibati rayon işğal olunmuş, 1 milyon azərbaycanlı Ermənistan ərazisindəki tarixi torpaqlarından və Azərbaycanın işğal edilmiş bölgəsindəki ata-baba yurdlarından didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

İsveçrə Federal Məclisinin erməni millətçilərinin XX əsrin əvvəllərinə aid iddialarını qəbul etdiyi halda əsrin sonlarında, bizim günlərimizdə apardıqları işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımına və etnik təmizləmə siyasətinə göz yumması onun ermənipərəst və qərəzli mövqelərini aydın göstərir. Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin miqyasını və necə vəhşiliklə həyata keçirildiyini təsəvvür etmək üçün 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəni yada salmaq kifayətdir. Bəşər tarixində ən böyük müsibətlərdən biri olan bu faciə zamanı bütöv bir şəhər erməni qoşunları tərəfindən yerlə-yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar.

Beləliklə, öz ərazi iddialarını həyata keçirmək üçün erməni millətçiləri bütün vasitələrdən – təbliğatdan, işğalçılıq müharibəsindən, soyqırımı aktlarından, beynəlxalq miqyaslı terrordan istifadə edirlər. 1970-ci illərdən başlayaraq “Asala” erməni terrorçu təşkilatının Avropa dövlətlərinin paytaxtlarında Türkiyə diplomatlarına qarşı sui-qəsdlərini, onunla əlbir olan PKK terrorçu təşkilatının Anadoluda və Türkiyənin başqa yerlərində törətdiyi qanlı cinayət əməllərini dünya ictimaiyyəti hələ unutmayıb. 15 ilə yaxındır ki, Azərbaycan erməni terrorizminin yeni dalğasından əziyyət çəkir. Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu qrupları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Bu terror aktları nəticəsində Azərbaycanda 2 min adam öldürülmüş, 10 minlərlə adam yaralanmışdır. Həm də xalqımıza qarşı terror aktları qatarlarda, avtobuslarda, gəmilərdə, metro qatarlarında törədilmişdir.

Yeri gəlmişkən, bütün bu faktlar İsveçrə, Azərbaycan və Ermənistan parlamentlərinin də üzv olduqları Avropa Şurası Parlament Assambleyasının iclaslarında Azərbaycan nümayəndə heyətinin keçmiş rəhbəri, ölkəmizin indiki Prezidenti cənab İlham Əliyevin çıxışlarında dəfələrlə avropalı deputatların nəzərinə çatdırılmışdır. Hazırda dünyada beynəlxalq terrorizmə qarşı hərəkatın günbəgün genişləndiyi, XXI əsrin bu bəlasına qarşı səyləri birləşdirmək zərurətinin getdikcə daha aydın başa düşüldüyü bir dövrdə İsveçrə parlamentinin faktik olaraq erməni terrorçularının dəyirmanına su tökməsi ən azı anlaşılmazlıq doğurur.

XIX-XX əsrlərdə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinin unudulmasına yol verməmək, soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən indi 31 mart günü bizim ölkəmizdə “Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar qəbul edərək beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmləri yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir.

Ərazisinin böyük bir hissəsinin işğal altında olmasına, əhalisinin hər səkkiz nəfərindən birinin qaçqın düşərək çadır şəhərciklərində ağır vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan Ermənistan Respublikasının təcavüzünün nəticələrinin sülh yolu ilə aradan qaldırılması prinsipinə sadiqdir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi məqsədi ilə hələ 1994-cü ildə ATƏT-in Minsk qrupu və onun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmişdir. Münaqişənin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında, o cümlədən dövlətlərin ərazi bütövlüyünə riayət olunması şərti ilə ədalətli şəkildə nizama salınması məsələsində biz ATƏT-in, eləcə də Avropa Şurasının üzvü olan bütün dövlətlərin, o cümlədən İsveçrənin obyektiv mövqeyinə, ölçülüb-biçilmiş tarazlı siyasətinə çox ümid bəsləyirik.

İsveçrədən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması səylərinə kömək göstərən tədbirlər gözlədiyimiz bir zamanda, təəssüf ki, bu ölkənin qanunvericilik orqanı erməni şovinistlərinin yalan təbliğatına uyaraq millətlər arasında gərginliyin artmasına gətirib çıxara bilən, tarixi həqiqətdən uzaq olan bir akt qəbul etməyi özünə rəva görmüşdür. Əsrlər boyu özünün neytrallıq siyasəti ilə beynəlxalq nüfuz qazanmış İsveçrə kimi bir dövlətin parlamentində obyektivlikdən çox-çox uzaq olan belə bir qərəzli aktın qəbul edilməsi acı təəssüf hissləri doğurmaya bilməz.

Məlum olduğu kimi, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 9 dekabr tarixli Konvensiyası ilə soyqırımı beynəlxalq hüquq normalarını pozan cinayət elan olunmuş və həmin cinayətin törədilməsi üçün bu və ya digər dövlətin məsuliyyətinin müəyyənləşdirilməsinə dair iddiaların təmin edilməsi Beynəlxalq Məhkəmənin səlahiyyətinə aid edilmişdir. İsveçrə Federal Məclisinin beynəlxalq hakim rolunu öhdəsinə götürməsi özlüyündə beynəlxalq hüquq normalarının pozulması və başqa dövlətlərin daxili işlərinə müdaxilə üçün zəmin yaradılması kimi qiymətləndirilməlidir. Hər halda, tarixlə tarixçi alimlər məşğul olmalıdırlar, parlament elmi surətdə araşdırılmalı olan uzaq tarixi hadisələr barəsində hökm çıxaran orqan deyildir.

Azərbaycan Respublikasının Milli Məclisi erməni millətçi qruplarının və onların havadarlarının öz çirkin siyasi niyyətlərinə nail olmaqdan ötrü təşviqat vasitəsinə çevirdikləri “erməni soyqırımı” barədə yalanın İsveçrə parlamentinə yol tapmasından hiddətləndiyini bildirərək qeyd edir ki, Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar edilməsi səylərini çətinləşdirəcək bu üzdəniraq akt heç bir hüquqi nəticə doğura bilməz. Azərbaycan xalqının iradəsini ifadə edən Azərbaycan parlamenti İsveçrə Federal Məclisində uydurma “erməni soyqırımı”nın tanınmasına dair ədalətsiz aktın qəbul edilməsinə qəti etirazını bildirir və dünya ictimaiyyətinə bəyan edir ki, “erməni soyqırımı” haqqında yayılan məlumatlar həqiqətə uyğun deyildir.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 23 dekabr tarixli iclasında qəbul edilmişdir.)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb