AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Zati-dövlətləri, Vəqfimizin fəxri sədri Prezident Heydər Əliyevi itirdiyimizə görə keçirdiyimiz hisslər sözlə ifadə edilməzdir.
Təkcə Azərbaycanın yox, dünya Türklüyünün görkəmli liderlərindən biri olan fəxri sədrimiz Heydər Əliyevin yeri uzun illər doldurulmayacaqdır.
Bizə təsəlli olan ən mühüm amili isə Onun ali ideallarının Zati–alinizin əllərində formalaşacağıdır. Başqa sözlə desək, əmanət etibarlı əllərdədir.
Mərmərə Qrupu Vəqfi olaraq, fəxri sədrimizi itirməkdən böyük kədər hissi keçiririk.
Zati–alinizin dərdini bölüşür, əsərlərinin izləyicisi olacağımızı bildirir, Sizə səbir arzu edir, hörmət və ehtiramlarımızı çatdırırıq.
Hörmətlə,
doktor Akkan Suver,
Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Vəqfinin sədri
İstanbul, 12dekabr 2003-cü il