AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident Zati-aliləri Heydər Əliyevin vəfatı barədə xəbəri dərin kədərlə aldıq. Bununla bağlı, cənab Prezident, Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Prezident Heydər Əliyev həyatı boyu öz millətinin, Azərbaycan xalqının rifahı və inkişafı üçün əlindən gələni etmişdir. Onun Azərbaycan üçün xidmətləri unudulmayacaqdır.
İnanırıq ki, Sizin hazırda prezidentliyiniz Azərbaycan Respublikasında sabitlik və onun iqtisadi inkişafı üçün çox əhəmiyyətlidir və buna görə Sizə ən xoş arzularımızı bildiririk.
Hörmətlə,
professor Əhəd Rəhmanzadə
professor, doktor V.Şud
professor, doktor Ernst Surek
Keçid problemləri və inkişaf siyasəti üzrə Bonn tədqiqat qrupunun rəhbərləri
16 dekabr 2003-cü il.