AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türk–islam dünyasının çox dəyərli lideri hörmətli Heydər Əliyevin vəfatı xəbərini kədər hissi ilə qarşıladıq. Bütün türk millətlərinə, Azərbaycan xalqına və Əliyevlər ailəsinə başsağlığı veririk.
Hörmətli İlham Əliyev, Prezidentlik vəzifənizdə Azərbaycanı güclü və təhlükəsiz ölkəyə çevirmək üçün səy göstərməyinizi arzu edir, xalqınız və türk dünyası üçün xeyirli olmasını diləyirik.
Hörmətlə,
Birhan Qəhrəman,
“Qold Qrup Kuyumculuk” şirkətinin
baş direktoru
16 dekabr 2003-cü il