AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Möhtərəm Atanız, Azərbaycan Respublikasının qurucusu, hörmətli Prezident Heydər Əliyevin vaxtsız vəfatından dərin təəssüf hissi duyduq. Qrupum adımdan və öz adımdan mərhuma Tanrıdan rəhmət diləyir, Zati–aliniz başda olmaqla, dəyərli ailənizə və bütün azərbaycanlı dostlarımıza başsağlığı veririk.
Hörmətlə,
İ. Öndər Uzel,
“Uzel Holdinq” şirkəti idarə heyətinin sədri
İstanbul, 17 dekabr 2003-cü il