AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli dövlət başçısı, Böyük dövlət adamı Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndim. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dünya siyasətində öz yerini tutması və ölkənin inkişafı üçün mühüm addımlar atmış, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr vermişdir. İş yoldaşlarım adından və öz adımdan böyük dövlət adamının vəfatından kədərləndiyimizi bildirirəm. Ona Allahdan rəhmət diləyir, Sizə, yaxınlarınıza, Azərbaycan xalqına və türk dünyasına başsağlığı verirəm.
Hörmətlə,
professor Ümid Özdağ,
Avrasiya Strateji Araşdırmalar
Mərkəzinin rəhbəri
Ankara, 15 dekabr 2003-cü il