AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Atanız Zati-aliləri Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Asiya İnkişaf Bankı adından Sizə dərin kədərimi bildirir və ən səmimi başsağlığı verirəm. 10 illik prezidentliyi dövründə atanız Azərbaycan Respublikasının sabitliyi və tərəqqisinin təmin edilməsinə müvəffəq olmuşdur və əminəm ki, Sizin güclü liderliyinizlə onun irsi zamanın sınağından uğurla çıxacaqdır.
Səmimiyyətlə Sizin,
Tadao Çino,
Asiya İnkişaf Bankının prezidenti
Manila, 17 dekabr 2003-cü il