AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük dövlət adamı, dəyərli insan Prezident Heydər Əliyevin vəfatı xəbərini kədər hissi ilə öyrəndim.
Türk dünyası mümtaz bir şəxsiyyətini itirmişdir. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına, Azərbaycan xalqına və türk dünyasına səbir arzu edirəm.
Harun Kayacı,
Türkiyənin ”Meltem” və “Mesaj”
televiziyalarının baş direktoru
19 dekabr 2003-cü il