AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident cənab Heydər Əliyevin vəfatı ilə bağlı Sizə Almaniya-Azərbaycan Forumu adından dərin hüznlə başsağlığı veririk.
Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması və etimad qazanmasının əsasını qarşılıqlı anlaşma siyasətində tarazlıq yaratmaqla qoymuşdur. O, həm də Almaniya və Azərbaycan arasında tarixi dostluq əlaqələrinin yaradılmasının banisidir. Buna görə biz onun şəxsiyyətini daim minnətdarlıqla xatırlayacağıq.
Hörmətli cənab Prezident, əminik ki, Siz gələcək fəaliyyətinizi atanızın vəsiyyətlərinə uyğun olaraq davam etdirəcəksiniz. Sizə bu yolda qüvvə və uğur diləyirik.
Sizinlə tezliklə görüşməyimdən məmnun olardım.
Hörmətlə, Sizin
H.Y.Kesler,
AFR-in sabiq naziri