AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Brüsselə qayıtdıqdan sonra sevimli atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük kədər hissi ilə aldım.
Əlbəttə, atanız Sizin və bütün dünyanın yaddaşında yeni müstəqillik qazanmış Azərbaycan Respublikasını vətəndaş müharibəsindən və parçalanmaqdan xilas etmiş, xarici sərmayələrin neft sektoruna qoyuluşu üçün Azərbaycanın qapılarını açmış və beləliklə, öz ölkəsinin davamlı sosial-iqtisadi inkişafı üçün əlverişli şərait yaratmış adam kimi qalacaqdır.
Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimindəki nitqinizdə qeyd etdiyiniz kimi, Heydər Əliyevin sabit, iqtisadi cəhətdən sağlam, sosial cəhətdən ədalətli və siyasi cəhətdən plüralist cəmiyyət qurmaq siyasətinin davamı onun üçün ən böyük qiymətdir.
İcazə verin, atanız Prezident Heydər Əliyevi itirməyinizlə bağlı şəxsən Sizə, ailənizə və Azərbaycan Respublikasının bütün əhalisinə bir daha səmimi başsağlığımı verim.
Səmimiyyətlə Sizin,
Antonius U. de Vris,
Avropa Komissiyasının Azərbaycan
Respublikasındakı xüsusi elçisi
Brüssel, 14 dekabr 2003-cü il