AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük türk dünyasının tanınmış lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan və türk xalqının dahi oğlu Heydər Əliyevin vəfatı xəbəri Bakı və Naxçıvan aeroportlarını tikən 750 işçiyə böyük üzüntü verdi.
Bu, xalqımız üçün çox ağır və əvəzolunmaz itkidir.
Möhtərəm Heydər Əliyevin xalqlarımızın rifahı və gələcəyi naminə gördüyü işlər və misilsiz xidmətləri ölkələrimizin tarixində, nəsillərin yaddaşında qalacaq, onun əziz xatirəsi qəlblərimizdə əbədi yaşayacaqdır.
Hörmətli İlham bəy, bu ümumi kədər günündə Sizə, ailənizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Hörmətlə,
Doktor Gültəkin Eren,
“EREN Holdinq”in prezidenti.