AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dahi rəhbərimiz aramızdan ayrılsa da, əməlləri, dəyərli tövsiyələri azad, müstəqil gələcəyə doğru daim irəliləyən Azərbaycan xalqının yolunu hər zaman işıqlandıracaq.
Bütün türk dünyasının övladları kimi, “AtaHoldinq” şirkətlər qrupunun bütün kollektivi bu hadisədən çox kədərləndiyini bildirir, mərhum Prezidentimizin ailəsinə, qohumlarına, yaxınlarına, bütövlükdə türk dünyasına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Əhməd Ərəntok,
“AtaHoldinq” şirkətlər qrupu.
Müşahidə Şurasının sədri.