AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türk toplumunun böyük lideri, dünya siyasət tarixinin möhtəşəm şəxsiyyəti, qardaş Azərbaycan və Türkiyə xalqlarının dəyərli oğlu hörmətli cənab Heydər Əliyevin vəfatı xəbəri bizi çox üzdü və kədərləndirdi. Hörmətli cənab Heydər Əliyevin həyat yolu və fəaliyyəti türk toplumu tərəfindən çox yüksək dəyərləndirilir, heç zaman unudulmayacaq, xalqların qəlbində və yaddaşında əbədi olaraq yaşayacaqdır. İstanbul Koşuyolu Ürək Təhsil və Araşdırma Xəstəxanasının kollektivi adından və öz adımdan Sizə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, son qəminiz olsun deyirəm. Allah rəhmət eləsin. Məzarı nurla dolsun. Qardaş Azərbaycan xalqına səbir və ruh yüksəkliyi diləyirik.
Hörmətlə,
Professor, doktor Cavad Yaqut,
İstanbul Koşuyolu Ürək Təhsil və Araşdırma
Xəstəxanasının baş həkimi, Türkiyə Ürək-Damar
Cərrahiyyəsi Dərnəyinin sədri, Assistent, doktor
Firuz Kazımov.