AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikasının görkəmli siyasi və ictimai xadimi, atanız Heydər Əliyevin vəfatı ilə əlaqədar Ulyanovsk şəhər icra hakimiyyəti adından və şəxsən öz adımdan ailənizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verim. Heydər Əlirza oğlu Əliyev bir neçə onilliklər ərzində çoxmillətli Sovet İttifaqının tarixində parlaq iz qoymuş, beynəlxalq məsələlərdə fəal iştirak etmişdir. Uzun illər öz xalqına sədaqətlə xidmət etmiş, Azərbaycanın sabit şəraitdə dinamik inkişafının və tərəqqisinin təminatçısı olmuşdur. Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Pavel Romanenko,
Ulyanovsk şəhərinin meri.
Ulyanovsk, 14 dekabr 2003-cü il.