AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın, Azərbaycanın görkəmli dövlət xadimi və hamı tərəfindən tanınmış lideri Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin.
Heydər Əlirza oğlunun fəaliyyətinin başlıca yekunlarından biri Azərbaycanın nüfuzunun artması, beynəlxalq aləmdə onun rolunun yüksəlməsi, ölkələr və insanlar arasında əməkdaşlıq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsidir.
Azərbaycan cəmiyyətində sabitliyin təmin olunmasında və bütün sahələrdə, o cümlədən iqtisadiyyatda və beynəlxalq əlaqələrdə inkişafın möhkəm təməlinin yaradılmasında onun rolunu qiymətləndirmək qeyri-mümkündür.
Bu ağır anlarda, icazə verin, əmin olduğumu bildirim ki, Azərbaycan xalqı müdrik seçim etmişdir və Siz Heydər Əlirza oğlunun işinin layiqli davamçısı olacaqsınız.
Boris Titov,
“İnterximprom” maliyyə-sənaye
korporasiyasının prezidenti.