AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident cənab Heydər Əliyevin bu günlərdə vəfatı xəbərini dərin hüznlə aldım. Bu hadisə ilə əlaqədar Sizə və Sizin vasitənizlə Azərbaycan xalqına ən səmimi başsağlığı vermək istərdim. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin sabitliyinin və iqtisadi inkişafının təminatına verdiyi çox böyük töhfə, haqlı olaraq, geniş miqyasda etiraf edilmişdir. Odur ki, mən indi həm Sizin, həm də ölkənizin bütün əhalisinin keçirdiyi böyük itki hissini çox yaxşı duya bilirəm.
Zati-aliləri, Azərbaycan üçün bu kədərli anda ən səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə Sizin,
Ria Kemper,
Hökumətlərarası Enerji Xartiyası Katibliyinin baş katibi.
Brüssel, 17 dekabr 2003-cü il.